Gülər Əhmədova Sevinc Babayevadan danışdı

28-12-2012, 16:17
Oxunub: 1855


- Bu, Allahın əcəlidir, Sevinc xəstə idi. Allah kömək etmədi ona.


Sabiq deputat Gülər Əhmədova AzadlıqRadiosuna Sevinc Babayevanın ölümü ilə bağlı belə deyib.

- Onun xəstə ürəyinə bu şeylər çox təsir etdi. Axtarışdaydı. O da xəstə qız idi. Çox qorxurdu. Onun videoları var, baxa bilərsiz.

- Gülər xanım, Sevinc Babayevanın öldürülməsi haqda şübhələr səslənir. Siz nə düşünürsüz bu haqda?

- Axmaq adamlar axmaq-axmaq şeylər danışırlar. Mən bu cür axmaq şeyləri eşitməkdən yorulmuşam. Ona görə də, onların səviyyəsinə düşüb şərh verməyəcəyəm. Allah rəhmət etsin! Allah ailəsinə səbir versin, Allah oğlunu da xoşbəxt etsin, anasının ömrünü ona versin...

- Gülər xanım, bütün bunlardan sonra Siz həyatınızın təhlükə altında olduğunu düşünürsüzmü?

- Xeyr, təhlükə hiss etmirəm...

 

azadlıq radiosu

Şərhlər : 1 Şərh yaz
ceyhun 28 dekabr 2012 16:41  
GÜLƏR XANIM DİQQƏTLİ OLSA DAHA YAXŞI OLARDI.HƏR ŞEY OLA BİLƏR.................
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti