Gülər Əhmədova danışmayacaq

27-12-2012, 19:58
Oxunub: 2328


Milli Məclisin eks üzvü, video qalmaqalı ilə bağlı adı hallanan Gülər Əhmədova Sevinc Babayevanın Türkiyədə vəfat etməsi barədə məlumata münasibət bildirməkdən imtina edib. Modern.az əməkdaşının telefon zənginə cavab verən bir şəxs "Gülər xanım bu barədə danışmaq istəmir” deyərək cavab verib.

"Biz heç bir informasiya vermək istəmirik. Gülər xanımın yanında hazırda həkim var, səhhəti ilə baglı olaraq, o danışa bilməz”. Özünü təqdim etməkdən imtina edən şəxs "biz heç nə danışmaq istəmirik”deyərək tələsik sagollaşıb.

Qeyd edək ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı məlum videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayeva vəfat edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti