Qənirə Paşayeva Heydər Əliyev fondundan uzaqlaşdırıldı

27-12-2012, 15:24
Oxunub: 18978


Millət vəkili Qənirə Paşayeva Heydər Əliyev Fondunda tutduğu vəzifəsindən kənarlaşdırılıb


Press24.az-a etibarlı mənbədən daxil olan məlumata görə, xeyli müddətdir ki, Heydər Əliyev Fondunda İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışan millət vəkili artıq bu vəzifəni icra etmir.
Fondun İctimaiyyətlə əlaqələr departamentinin operatoru vəzifəsində çalışan, Qənirə Paşayevanın kadrı sayılan Emil Babaxanovun da işdən azad edilməsi söylənilir.
Xatırladaq ki, E.Babaxanov vaxtilə ANS teleşirkətində Qənirə Paşayeva ilə birgə çalışıb. Qənirə Paşayeva Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilərkən fondla bağlı bütün çəkilişləri E.Babaxanova həvalə etmişdi.
Qənirə Paşayevanın Heydər Əliyev Fondunda tutduğu vəzifədən kənarlaşdırılması barədə məlumatı dəqiqləşdirmək üçün millət vəkilinin özü ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, Q.Paşayeva telefon zənglərimizə cavab vermədi. Millət vəkilinin köməkçisinə etdiyimiz telefon zəngləri də cavabsız qaldı.
Redaksiyamız Q.Paşayevanın məsələ ilə bağlı fikrini öyrənə bilməsə də, qarşı tərəfin mövqeyini işıqlandırmağa hər zaman hazırdır.

Qeyd edək ki, Q.Paşayeva milət vəkili olmaqla yanaşı, həm də Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədridir.

Press24.az

Şərhlər : 9 Şərh yaz
Nasimi 27 dekabr 2012 16:25  
Cox maraqlidir,xais edirem bu malumata aydinliq getirilsin.
Nusi 27 dekabr 2012 17:26  
Qurban oplum size xahish edirem deyin gorey bu doqru xeberdimi?)
Senan 27 dekabr 2012 17:30  
deyirler deputatlar bawqa iwle mewqul ola bilmez, qanun icaze vermir, burlarin heresi 5 yerde rehber iwleyir ki? qanun ancaq qara qullar ucundu
Samir 27 dekabr 2012 19:23  
He Qenire ozude bu gun beyanat yayib ozune qarshi tebligat aparanlari allaha tapshirib shexsen. Goresen bunlar arasinda ne elaqe var?
Nigar 28 dekabr 2012 00:28  
Başa düşmədim.Tutaq ki Qənirə xanim vəzifəsindən uzaqlaşdırılıb.Burda nə sensasiya var?Deputat kursusunden dusmeyibki?Esas odur
PATRİOT 25 aprel 2013 16:20  
ƏCCƏB OLDU ELƏ BU QƏNİRƏYƏ! VOBŞE ONUN DEPUTAT MANDATINIDA ƏLİNDƏN ALSALAR YAXŞI OLARDI!!!

ƏCCƏB OLDU ELƏ BU QƏNİRƏYƏ, ÇOX GÖYNƏN GEDİRDİN!
Rafig Aranli 26 aprel 2013 03:14  
kas Genire xanim kimi 15 deputatimiz olaydi. Onun gurcustan Azerbaycanlilarini, turkiye metbuatini digget merkezinde saxlamasi, eskerlerimize hemise ana-baci gaygisi her bir deputatimiz ucun numune olmalidir.
turk 1 may 2013 01:49  
Qenire xanimda olan qeyret bizim bezi deputat ve memurlarda olsaydi indiki kimi Azerbaycan talan edilmezdi.
Sirin 3 dekabr 2013 09:21  
Niye biz həmişə birinin işi alınmayanda sevinirik, ay millət? Qənirə xanım bu millətin qızıdır.Gəlin hec vaxt pis hadisələrəyox xoş xəbərlərə sevinək.Daxilimizi zəhərləməyək.paklaşaq, insanlaşaq.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti