DQMM İP-a birlikdə mitinq edə bilər

23-11-2012, 04:34
Oxunub: 1264



Demokratik Qüvvələrin Məşvərət Məclisi və İctimai Palata birlikdə mitinq eləyə bilər.

Bu barədə ACP-in sədri Sülhəddin Əkbər Etatist.com-a açıqlamasında bildirib.

O bildirib ki, DQMM tərəfindən İP-a bu birlikdə mitinq keçirmək barədə təklif göndərilib Təklif İP tərəfindən müsbət qarşılansa da hələ dəqiq məlumat yoxdur. "Biz çoxdandır ki, mitinqləri İP ilə birlikdə keçirməyi istəyirdik.” Sülhəddin Əkbər belə deyib.

 Ayrıca, ACP və DQMM olaraq İP-ın mitinqlərini dəstəklədiklərini bildirən S. Əkbər son mitinqdə ACP-in altı üzvünün də saxlandığını deyir.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Xalq Partiyasının sədri Pənah Hüseyn isə DQMM ilə İP-nın birlikdə mitinqdə iştirak etmək qərarları haqda məlumatının olmadığını bildirdi
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti