"Axundzadə ili" bitir

18-12-2012, 11:02
Oxunub: 857


Bu gün "Mirzə Fətəli Axundzadə ili"nin bağlanış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TÜRKSOY çərçivəsində "Mirzə Fətəli Axundzadə ili" ilə bağlı hazırlanan Tədbirlər Planına əsasən 18 dekabrda İstanbulda Aydın Universitetində Axundzadəyə həsr olunmuş Simpozium və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yeni istehsal etdiyi, Axundzadəyə həsr olunmuş "Sübhün səfiri" 2 seriyalı bədii filmin nümayiş olunacağı "Mirzə Fətəli Axundzadə ili"nin bağlanış mərasimi keçirilir.

 

Qeyd edək ki, böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən "Mirzə Fətəli Axundzadə ili" elan edilib.


Tədbirlərdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil edirlər.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti