Bakıda caz festivalı

17-12-2012, 15:57
Oxunub: 902


"Buta” İncəsənət Mərkəzi Bakıda Keyko Matsuinin növbəti konsertini təqdim edəcəkdir.


Mərkəzdən bildiriblər ki, konsert 2013-cü il martın 15-də Heydər Əliyev Sarayında keçiriləcəkdir. Bu dəfə bakılı tamaşaçılara Xalq Artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə birgə konsert proqramı təqdim ediləcəkdir.

Keyko Matsui dünya vətəndaşıdır. O, yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıtmışdır.

Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan Keyko Matsui instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Azad ruhu və yaradıcılıq dühası ona Stivi Uander, Maylz Devis, Hyu Masakela, Bob Ceyms və Deyv Koz kimi istedadlı sənətkarlarla eyni səhnədə çıxış etmək imkanını vermişdir.
Ötən il yanvarın 25-də ABŞ-da buraxılmış, sayca 22-ci olan "The Road…” albomu caz, klassik musiqi, rok, blüz və yeni əsr musiqisinin qlobal ritmlərinin ahəngi və təsiri ilə dolu olan coşğun, emosional və ekzotik melodiyaların çox maraqlı kolleksiyasıdır.

"Billboard” jurnalının üçüncü nömrəsində Keyko Matsui "Ən yaxşı müasir caz artisti” adına layiq görülmüş və elə həmin il "Billboard” jurnalının "Ən yaxşı on müasir hind caz albomları”nın siyahısında yer tutmuşdur. O, Nyu-Yorkdan Moskvayadək dünyanın ən məşhur səhnələrində çıxış etmişdir.

AzərTac

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti