Almaniyada M. Ə. Sabir yad edilib

10-12-2012, 14:24
Oxunub: 807


Berlin Ədəbiyyat Evində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş anım gecəsi keçirilib.

APA-nın məlumatına görə, tədbir  Almaniyadakı Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi tərəfindən, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyi və "Avrokafqaz” elmi-mədəni institutunun dəstəyi ilə təşkil olunub. Tədbirdə qeyd edilib ki, Mirzə Ələkbər Sabir alman oxucularına ilk dəfədir təqdim olunur. Azərbaycanın görkəmli şairinə həsr olunmuş tədbir Almaniyada bir dəfə - 15 il bundan əvvəl keçirilib.

Tədbirdə Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin direktoru Samirə Patser-İsmayılova, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev, Humboldt Universitetinin kafedra müdiri, professor Eva-Mariya Aux və digərləri çıxış ediblər.
Tədbirin sonunda yerli diasporun nümayəndəsi Məmmədəli Hüseynli Mirzə Ələkbər Sabirin bir necə poemasını oxuyub.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti