Nərmin Cəfərova

4-12-2012, 12:13
Oxunub: 1922
Mənim nağılım


Biri var idi,bir mən var idim. Biri yox idi,o "birisi” yox kimiydi. O həmişə olmayıb. Nağılımda qəhrəmanım olub. Bəlkə mən tələsdim,ya o gec qaldı. Çox uzaq bəlkədə yaxın. Bir dəniz qədər yaxın,bir nəfəs qədər uzaq idi.

Mən bi su pərisi, o bir insan... Başqa dünyanın adamlarıydıq. Dəniz idi mənim məkanım, nəfəs aldığım yer. Aləmdə olanlardan xəbərdar idim. Dərinliklərimdə neçə-neçə ayrılıqlar görürdüm. Kimisi ünvanına yetişməmiş məktublar atırdı dənizə, kimisi nişan üzüyünü atmaqla son verirdi sevgisinə. Rəngarəng idi dərinliklər. Balıqlar dostlarım, dəniz ulduzları sirdaşım idi. Ama bəzən qorxulu olurdu, torlar atılırdı, bir-bir dostlarımı itirirdim. Başqa həyat var idi burda. Bir də "O” var idi. O......nə qədər yazsam kəlimələr onun yanında mənasız, boş qalar. İnsan deyildi, sanki bir mələk idi.

Bir nəfəs, tək bir nəfəs ayırırdı bizi. Dənizin günahı yox idi. Tanışlığımıza o səbəb olmuşdu, boğularkən xilas etmişdim onu. Burdan başlamışdı sevdamız. Ürəklərdə bəslənirdi, daha da böyüyürdü. Tez-tez sahilə gələrdi. Tək toxunuşa, su üzünə tək bi toxunuşa simam görsənərdi su üzündə. Kəlimələr yetərsiz idi. Sözlərimiz gözlərdən oxunurdu. Onun su üzünə tək bir toxunuşdan dənizdə yaranan dairəvi dalğalar söyləyirdi içimizdəkiləri, onlar anladırdı sevgimizi. Dəniz coşurdu, sevinirdi. Az, qısa müddət çəkirdi görüşməmiz ama biz şikayətlənmizdik.

Və bir gün...su üzünə çox yaxın idim. Günəşin parıltısını izləyərək qalxmışdım su üzünə. Başqa cür işıldayırdı, izləməkdən doymurdum. Bir anlığa nəsə qaranlıq aldı su üzünü. Qayıq idi bu. Başqa cür idi. Bir balıqçı qayığına bənzəmirdi. Aramla hərəkət edirdi, dərdli çəkilirdi o avarlar. Bir an qəlbim yerindən çıxacaq sandım. Bu O idi. Dərdli-dərdli su üzünə baxırdı. Gördüm onu... Mənsizlikdən üzündə yaranan ifadə susuzluqdan solmuş bir çiçəyi xatırladırdı. Budur. O da məni gördü. Masmavi dənizdə məni görən O. O an üzündə yaranan xoşbəxtlik bir quşun qəfəsin qapısı açıldığı zaman duyduğu xoşbəxtlikdən fərqlənmirdi. Biz sevinirdik, dəniz sevinirdi, günəş sevinirdi. Suya atlamasından dənizdə yaranan coşqunu, xoşbəxtliyi illərdir heç dənizdə yaşamamışdı. Qorxmurdu, rahat nəfəs alırdı. Ürəyi zəif olsada güclə dayanırdı. Birlikdə dərinliklərə endik. Sevgi aləmimiz sərhədsiz idi. Sıra-sıra üzən balıqlar bir sevgi simvolu yaratmışdılar. Yosunlar çəmənliyimiz idi. Dəniz atları dövrəyə almışdı bizi, bayrama çevrilmişdi maviliklər.

Amma vaxtımız həmişəki kimi az idi. O daha da çox qalmaq istəyirdi. O, istəsə də mən ona qıya bilmirdim. Ürəyi tab gətirə bilməz deyə çox qorxurdum. Amma o heç nədən qorxmurdu. Nə boğulmaqdan, nə köpək balığından. Hər cür mübarizəyə hazır idi.

Çəmənliyimizdə sakit-sakit üzürdük. Çox yorulmuşdu, taqəti yox idi. Sanki, yarışmanı bitirmiş bir qalib kimi dincəlirdi. Saatlarla üzərdik, amma sən demə saatlar əleyhimizə imiş. Saatımı? Zamandırmı günahkar? Omu qovuşdurdu bizi? Omu yerə ayırdı bizi...??

Üzü bəmbəyaz idi. Bir an əli əlimi buraxdı, gözləri yumuldu, su onu yavaş-yavaş yuxarı aparmağa başladı. Nə baş verirdi? Donub qalmışdım. Ürəyim bir an "getmə" deyə dillənəcəkdi. Ağlımı itirmişdim. Bu qədərmi çəkəcəkdi xoşbəxtliyimizin müddəti? Sahilə çıxdıq. Heç ümid yox idi. Gec idi. Qatil idim. Öz sevgimlə boğub sulara qərq etdim onu. Bundan ağır bir şey ola bilməzdi, gözlərim önündə can verirdi. Geri qalan onsuz həyatıma davam etmək üçün dərinliklərim məni gözləyirdi. Ama dönmədim. Getdikcə eyniləşmişdi qəlb atışlarımız. Məni tək qoyub getmək istəmirdi. Mən də onu tək buraxmadım. 3...2...1... və durdu qəlbimiz. Birlikdə atan qəlblər, birlikdə durmalıydı. Artıq ikimizdə mələk idik. Eyni dünyanın adamları olduq. Nəfəs ayırdı bizi, dəniz ayırdı bizi ama ölüm qovuşdurdu bizi.

Şərhlər : 5 Şərh yaz
MeloGirl 6 dekabr 2012 20:54  
Prosto super. Butun yazilarin kimi bu da mohtesemdi. Ugurlar)))
Zamiq 8 dekabr 2012 00:47  
Tebrikler cox gozel meqale alinib , davamini gozleyirik .
ismina quliyeva 11 dekabr 2012 21:19  
Ne qeder tesirlendim soz yox.. Wish you good luck.
Aydın həkim 2 mart 2013 15:04  
Bir həkim-psixolog kimi deyə bilərəmki ruhu saflaşdıran, hisslərin paklığını dərk etməyə fikirlər yaradan əsərdi. Çox sağol Nərmin. Müvəffəgiyətlər...
Aydn hekim 2 mart 2013 15:45  
Bir hekim-psixolog kimi deye bileremki hissleri saflashdiran, gencliyin gedrini derk etmeyi dushunceler yaradan hekayedir. Coxsagol Nermin. Ugurlar...
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti