Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşları səfərdə

5-12-2012, 18:27
Oxunub: 935


Etatist.com-un Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından aldığı xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə”, "Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramlarına, habelə, Mədəniyyət və Turizm Nazirliyinin kollegiya qərarına uyğun olaraq, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi, teatr rəssamlığı, işıq və səs sahəsində qabaqcıl ölkələrin teatr təcrübəsindən istifadə edilməsi və gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün respublikamızım ayrı-ayrı teatrlarında çalışan mütəxəssislər müxtəlif ölkə teatrlarına ezam olunmuşlar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluş hissə müdiri Zəminə Orucova, işıq üzrə rəssam Vadim Kuskov və rəssam-modelyer Aynur Məmmədova təcrübə keçmək məqsədilə Rusiya Akamedik Gənclər Teatrına, Vaxtanqov adına Teatra, Moskva Akademik Bədae Teatrına və Böyük Teatra ezam olunmuşlar.
Dövlət Gənc Tamaşaçılar Teatrının mütəxəssisləri bu il dekabr ayının 11-dək sözügedən teatrlarda olacaq, iş təcrübəsini bölüşəcək və yeni teatr texnologiyaları ilə tanış olacaqlar.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti