Mingəçevir rəssamlarının yaradıcılıq emalatxanası

3-12-2012, 19:12
Oxunub: 1323


2012-ci il noyabr ayının 26-dan 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində rəssamların yaradıcılıq emalatxanası təşkil olunub. 

Bu barədə Etatist.com Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, eləcə də şəhər mədəniyyət və turizm şöbəsinin, icra hakimiyyətinin nümayəndələri Mingəçevir Dövlət Dram teatrında keçirilən bu tədbirdə iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, yaradıcılıq emalatxanalarının təşkili, regionlarda təsviri incəsənətin inkişaf etdirilməsi, bölgələrdə gənclərin bu sahəyə marağının artırılması, qalereya fondlarının zənginləşdirilməsi məqsədi daşıyır.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri olan tanınmış rəssamlar tərəfindən Mingəçevir şəhərində yeniyetmə və gənc rəssamlar üçün ustad dərsləri keçirilib və onların əsərlərindən ibarət gözəl sərgi təşkil edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti