Vokalçımız Fransada müsabiqədə iştirak edəcək

1-12-2012, 17:29
Oxunub: 882


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc vokalçı Eldar Tahirov 2012-ci il 13-20 dekabr tarixində Fransanın Bordo və Jonzak şəhərlərində keçiriləcək müsabiqədə iştirak edəcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında xəbər verilib.
Eldar Tahirov Bakı şəhər F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin vokal ixtisası üzrə IX sinif şagirdidir. O, kiçik yaşlarından müxtəlif müsabiqə və festivallarda uğurla iştirak edir. Son illər ərzində Eldar Tahirov "Avaza-Dostluq Məkanı" adlı III Beynəlxalq Festivalda diploma (Türkmənistan, 2010), "İncəsənət vadisi" XI Beynəlxalq Müsabiqə-Festivalda Qran-pri mükafatına (Macarıstan, 2011), vokalçıların VII Beynəlxalq Müsabiqəsində I mükafata (Estoniya, 2012), "Açıq Avropa - Açıq Planet" adlı IX Beynəlxalq Müsabiqədə I mükafata (Moskva, 2012) layiq görülmüşdür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti