Nizami ilə bağlı xaricdə konfrans

30-11-2012, 19:48
Oxunub: 1447


Hindistanın Nyu Dehli şəhərində Nizami Gəncəvinin yubileyi ilə əlaqədar elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə AMEA Ədəbiyyat İnstitutunun direktor vəzifəsini icra edən Teymur Kərimli, institutun professoru Qəzənfər Paşayev və Mədəniyyət və Turizm Nazirliyinin bir qrup işçisi Nyu Dehliyə yola düşüblər.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və İ.Qandi adına Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti