10-12-2018, 23:06 Oxunub: 69

Toxunuş - bir neçə kəlmə ilə

Orxan Məmmədov

OXUCU KÖŞƏSİ
Biz hər hansı bir predmeti görürürk, yadda saxlayırıq. Həmin şahidi olduğumuz şey - hər nədirsə, bizim hədsiz marağımıza səbəb olubsa və ya emosional və fiziki tələblərimizlə üst-üstə düşübsə, biz həmin o materialı unutmuruq, əksinə, bir müddət sonra onunla bağlı xəyallar qururuq, ideyalar emal edirik və düşüncəmizdə canlandırırıq. Bu həm insan, həm də başqa nə isə ola bilər. Bizi onunla bağlı xülyalar qurmağa vadar edən səbəb isə sahib olmaq hissimizdir ki, biz həmin varlığı ilk olaraq fantaziyalarla əldə etməyə, ona yiyələnməyə çalışırıq.

Heç diqqət etdinizmi insan sahibləndiyi, yanında olduğu adamın və ya əşyanın uydurmalarına qapılmaz, onunla bağlı fikirləri ideologiya həddinə yüksəltməz və özündə onunla bağlı bir asılılıq duymaz. Fərd yalnız ondan uzaqda olan birisini böyük şövq və həvəslə istəyər, ona çatmaq arzusunda olar və bərk-bərk sarılmağı diləyər.

Əgər bir oğlan sevdiyi qızın yanağına, yumşaq saçlarına, mühəndis üzərində çalışdığı obyektin parçalarına, mexanizminə, yazıçı öz yazdıqlarının kağız üzərindəki əksinə və bir əkinçi zəhmət çəkib ərsəyə gətirdiyi pomidora, onun nazik qabığına, səthinə xüsusi bir həssaslıqla toxunmursa, ona – öz işinə sahib deyil deməkdir. Həyat toxunuşla başlar, bu duymanın və qavramanın ilkin və sadə halıdır. Təmasda ola bilmədiyin heç bir nəsnə sənə məxsus olmur. Və bu toxunuş sadəcə əl ilə olmaz. Bu üzlə, gözlə və hətta nəfəslə də olur. Ancaq heç bir halda təmasda olmadığın bir şey sənin deyil.

Hədəflər, arzular və planlarda bizim olmaz. Ta ki, onları gerçəkləşdirib, toxunana qədər. Bir canlı qaynar suyla əlaqədə olmayana qədər onun tepuraturunu təsəvvür edə bilməz, hərarətindən xəbərsiz olar. Baş barmağınızı nəbzinizin üzərinə yaxınlaşdırın, döyüntünü hiss edirsinizmi? Əlbəttdə, ancaq siz indi bunu sadəcə duymursunuz, həm də o anı yaşayırsınız. Nəbziniz, dolayısıyla ürəyiniz bundan əvvəl də döyünürdü, amma siz toxunmayana qədər az qala heç bunun fərqində belə deyildiniz. İndi isə fərqinə vardınız, çünki yaşadınız. Əskinaslarınız, eynəyiniz, qol saatınız, avtomobilinizin sükanı, bir körpənin məsum gözləri, yağan qar, futbol topunuz, qələminiz və sizə doğma olan hər şey toxunduğunuz müddətcə sizə məxsusdur. Uzaqdan-uzağa, vəd edilən və təsvirdə olan hər şeydən məhrumsunuz.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti