3-12-2017, 23:39
Oxunub: 408
Sevgimin rəngi dəyişdi
Günay Həsənova
Sevgimin rəngi dəyişdi.
Yükü artdı, qaşı çatıldı
O dünyanı gördü gəldi
Öz kölgəsində sayrışdı.
Sevgimin rəngi dəyişdi.
Matlaşdı, süstləşdi, maraqsızlaşdı
Sevimli bir qız ikən
Kobudlaşdı.
Sevgimin rəngi dəyişdi.
Böyüdü, yetkinləşdi
Daha çox susdu, az danışdı
Axı deyəsən bir az da cılızlaşdı.
Sevgimin rəngi dəyişdi.
Ürək üçün marağı öldü.
Özü getdi
Xatirəsi sözdə qaldı.