13-06-2017, 17:33 Oxunub: 387

Ova yox!

Xəyal Məmmədov

OXUCU KÖŞƏSİ
Mən ovçuluq fəaliyyətini birmənalı şəkildə qınayıram. Çünki bu təbiətdəki canlılara qarşı törədilmiş amansız qətliamdır. Ovçuluq bir idman olaraq qiymətləndirilir. Qan və can almaq hissi olan heç nə qəti şəkildə idman növü ola bilməz. Bunun adı məsum heyvanın canını almaqdır. Bu isə cinayətdir.

Öz şəxsi maraqlarını hər şeydən üstün tutanlar, ov macərasını məhdudlaşdırmayaraq bu cinayətə ortaq olurlar. Məsələn, ölkəmizə ov üçün hazırlıqlı gələn varlı ərəblərin, bölgələrimizdə yüzlərlə heyvan ovlayaraq, Azərbaycan təbiətinə böyük zərbə vurmalarına dövlət rəsmiləri və qurumlardan heç bir reaksiya verilməməsi heyvan hüquqlarının pozulması deyilmi?! Üstəlik, ovladıqları heyvanlara qarşı qəddar formada davranışlarını sosial şəbəkələrdə paylaşaraq, insanlara nümayiş etdiriblər.

Həmin görüntülər izləndikdən sonra heç bir tədbir görülməməsi, təəssüfləndirici bir haldır. Azərbaycan Respublikasının Qanunvericilyində ovçuluq nəinki qadağan edilir, əksinə müvafiq şərtlər əsasında ovçuluğa icazə verilir. Vəzifələri o günahsız, heyvanları qorumaq ikən, cinayəti qanunilləşdirirlər. Günahsız canlıları öldürmək necə qanuni ola bilər ki?! Bir hüquqşünas olaraq ovçuluğun ləğv edilməsini istəyirəm. Çıxarılacaq bir qanunla ov qadağan olunmalı, ovçuların əllərindəki silahlar yığılmalı, nəsli kəsilməkdə olan heyvanlar xüsusi nəzarətə alınmalıdır. YUNESKO tərəfindən 1978-ci ildə elan edilən Heyvan Haqları Bəyannaməsinə uymaq Azərbaycanında da vəzifəsidir.

Bu bəyannamədəki, bəzi maddələri xatırlatmaq da fayda var:
- Bütün heyvanlar bərabər doğulurlar və eyni var olma hüququna malikdirlər.
- Bütün heyvanlar nəzarət altında qorunmağa malikdir.
- Heç bir heyvana qarşı pis davranmamalı, mərhəmətsiz və qəddar hərəkət edilməməli, nəvaziş və insani qayğı göstərilməlidir.
- Bütün növ heyvanlar, öz xüsusi təbii mühitlərində, istər quruda, istərsə də havada və suda yaşamaq və azad bir şəkildə törəmə hüququna malikdirlər.
- Zərurət olmadan bir heyvanın öldürülməsi həyata qarşı cinayətdir.

Son olaraq təvazökarlıqdan uzaq olsa da, bunu vurğulamaq istərdim ki, mən heyvanlara qarşı mərhəmət duyuram. Bunun üçün də artıq neçə illərdir ki, vegetarianam. Unutmmamaq lazımdır ki, hər bir canlı ağrını hiss edir. Onlara əzab verilməməlidir..!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti