3-04-2017, 12:13 Oxunub: 274

Zehni işıq və ilham qaynağı

Emin Ələkbərov

OXUCU KÖŞƏSİ
Elmin bütün sahələrində insan beyni və təbiət müəyyən bir nöqtədə uzlaşır. Bu uzlaşma elmin müxtəlif sahələrində özünü sübut edir. Belə ki hər hansı bir kəşf edilməmiş elmdən xəbərsiz olsaq da, hər günümüzün müəyyən bir vaxtını o biliklər əsasında planlarımızı, işlərimizi hayata keçirməyə işıq yolu əldə edirik.

Bunu da şüurumuzda canlanan bir işıq olaraq anlayırıq. Çünki həyatda olan hər bir varlığın var olma səbəbi işıqdır. Bizə məlumdur ki, kainat "Big-Bang" partlaması nəticəsində meydana gəldi. Necə ki iki bir-birinə tərs olan hidrogen atomu birləşdi, kainatda ilk işıq işıldaması baş verdi və boş bir kainatı aydınlatdı.

Bu gün zehni işıqlar insan beynində ilham qaynağı olaraq görülür. Necə ki, işıqla həyat yarandı və onunla davam edir... Bu silsiləyə canlı-cansızlar və ölçülər daxildir. Hansı ki, günümüzdə 3-cü ölçüdə yaşayıb, 4-cü ölçünü hiss edirik.

Zamanın axarı nəticəsində digər ölçüləri də kəşf edib, şüurlu şəkildə keçid qapısını istədiyimiz kimi istifadə etməyimizin mümkün olduğunu təbiətə sübut edəcəyik. Bunun da bizə ən büyük köməkçisi təbiətin özüdür. Biz də günümüzdə ondan lazımi dərəcədə istifadə etməyə can atırıq ki, bu da təbiətin “bizdən gözlədiyinin” bir zərrəsidir.

Bəzən düşündüyümüz zaman doğrunu tapıb nəticə əldə etdiyimiz bir düşüncədə işıldayan həqiqəti görürük. Bu da çox qısa bir zamanda baş verir və E=mc2 olaraq hesablanır ki, bu da yalnız belə bir güc nəticəsində o ölçüyə çata bilir. Yalnız bunun fərqində olan insanlar o uğura çata bilir. İşindən və peşəsindən asılı olmayaraq təbiətin hər kəsə bəxş etdiyi bu teorem çox aşkardır. Fərqli sahələrdə, fərqli peşələrdə bu teorem insan zəkasında – təhtəlşüurda ilham olaraq mühakimə olunur.

Buradan bir fakt yaranır: İlk öncə ihlam işıq olaraq başa düşülür, sonra isə işığın ətrafında pərvanələr dönür. Bəs görəsən bu mühitdəki pərvanələrin hərəkət trayektoriyası niyə dairə formasında təsəvvür edilir? Bunu belə təsəvvür edək: Çəkilən 2 ölçülü dairəyə 3-cü ölçü versək, kürə formasını əldə edəcəyik. Bu kürənin də üzərində yaşadığımız yer kürəsi ilə uzlaşdırsaq, burada bir reallıq özünü biruzə verir. Bu da günümüzdə olduğumuz 3-cü ölçüdür. Burada belə suallar yarana bilər: Bəs niyə təkcə 3-cü ölçünü real hesab edib diqqətə alırıq?

Çünki biz nəzəri olsa da, ölçü dəyişdirdiyimiz zaman bu sürətdən təsirlənərək özümüzü xəyalda hiss edirik. İnsan xəyallar aləmində yaşaya bilərmi? Əlbəttə ki, bilməz.

Bu həm də bir öncəki sualın da cavabıdır.

Digər bir prizmadan baxsaq, əgər tarix boyu dillərə dastan olan nənələrin nağıllarındakı “sehirli güzgü qurğusu necə yarandı, nə cür dillərə dastan oldu?” - deyə düşünsək heç şübhəsiz anlayarıq ki, o dövrün yaxın, ya da uzaq keçmişin insanları günümüzə zehni səfərlər edirdilər. Düşünsək ki, nağıllardakı sehirli güzgünün günümüzdəki elektron cihazlardır...

Misal üçün; nağıl qəhramanı sehirli güzgünü açdı, kimləsə söhbətləşdi, ya da istədiyi məkanı gördü və s. Bir daha bu kimi örnəklər bunu düşünməyə şərait yaradır və özünü sübut edir.

Məhz buna görə kiçik bir xəyali an günümüzün böyük bir dövrünə və uzun illərə bərabər olduğunu nəzərə almaq, məntiqə uyğundur!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti