30-03-2017, 11:01 Oxunub: 449

Qız kimi

Ağa Güləliyev

OXUCU KÖŞƏSİ
Bu başlıq sizә yәqin ki, çox şey deyir. Deyir ki, "qız kimi xәbәrçi olma", "qız kimi qorxaq olma", "qız kimi çox danışan olma" vә s.

Mәnә isә deyir ki, bu ölkәdә qadın hüquqlarını mәhz bu sözlәrlə çoxdan pozublar. Çoxdan yaralayıblar qadının möhkəm, amma zəriflədilmiş ruhunu. Mәhz bu sözlər travmatik bir tәsir buraxıb hәr qadında. Bu sözlər qadını əsrlər boyu əks cinsin müstəmləkəsi edib. Mәhz bu sözdә dayanmağımın sәbәbi tәkcә bu vә qadını alçaldan digәr sözlәrin var olmağı deyil. Onlarla paralel olaraq "kişi kimi mәrd", "kişi kimi ağzıbütöv", "kişi kimi qeyrәtli" sözlәrinin olmasıdır.

Qadını oğlan dünyaya gətirməyə məcbur edə-edə bir neçə qız övladı olan birinin nə qədər müasir bir əhatədə, cəmiyyətdə olursa olsun, hərdənbir iynəli sözlərlə lağa qoyulmasıdır. Bu o demәkdir ki, nә qәdәr desәniz dә ki, "bizdә qadına hörmәt var!", bu ifadələr bunun tam bir yalan və absurd olduğunun, qadınların hüquqlarının vә nüfuzunun bu ağ-qara şәhәrdә qarşı tərəfə nisbətən bir neçә pillә aşağı olduğunun sübutudur.

Mәn bu sözlәri dәfәlәrlә çox insanın, hәtta qadınların öz dilindәn də eşitmişәm vә mәyusedici mәqam da odur ki, mәhz qadınlar özlәri dә bilmәdәn bu sözlә öz hüquqlarına bərpaolunmaz zәrbә endirirlәr. Hüquqları və nüfuzlarının qarşısına sökülməsi çətin olan sədd tikirlər. Ölkəmizdə və demək olar ki, bütün dünyada qadınlara sırf qadın olduğu üçün müəyyən şeyləri etməməli olduğu deyilir hər zaman. Onlar hər zaman müqəddəs, zərif məxluq kimi qələmə verilir. Lakin mənim düşüncəmə görə, müqəddəslik pilləsinə qaldırılır ki, oradan kişinin “azadlığına” əl uzada bilməsin. Biz hər birimiz həyatımızı bir qadından əmanət almadıqmı? Hamımız o ilahi qüvvədən pay alıb onun bədənindən dünyaya qapı açmadıqmı? Bəs niyə bir şeyi "qız kimi" etmək onu yarım-yapalaq, pis, bacarıqsız etmək mənasında işlədilir?

Sual etmәk istәrdim ki, kim öz anasına bacarıqsız deyә bilәr? O zaman gәlin "qız kimi" ifadəsini dә, bir şeyi pis, yarımçıq etmәk mәnasında yox, mәhz bir şeyi çox gözәl, çox bacarıqlı etmәk mәnasında işlәdәk. Gәlin, bir yerdәn başlayaq ki, gәlәcәk nәslin qızları onların hüquqlarının tam tәmin olunduğu, tapdalanmadığı, gecə küçələrində rahat gəzə bildikləri, istədikləri kimi əylənə bildikləri, sevə bildikləri, istədikləri vəzifədə çalışa bildikləri, 13 yaşında uşaqlıqlarını yaşaya bilmədən ailə həyatına atılmadıqları bir ölkәyә qәdәm bassınlar. Nəhayət, bu yazımın sonunda fəxarətlə bildirmәk istәrәm ki, mәn yazarlıq işindә qız kimiyәm!

P.S: bu yazı Nil Karaibrahimgilin "Kız Gibi " adlı çıxışından ilham alınaraq yazılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti