30-03-2017, 10:52 Oxunub: 131

Qreq, mən gedirəm

Zara Ağabəy

OXUCU KÖŞƏSİ
Qapıya yaxınlaşaraq qərarsızlıq içində qapı dəstəyini sıxaraq özünə çəkirdi ki, bir səs onu saxladı.

- Demian?!
Göz qapaqlarını bir-birinə sıxıb, udqundu. 7 saniyəlik zaman periodundan sonra əlini qapı dəstəyindən çəkərək geriyə dönüb, düz onun gözlərinin içinə baxdı. Ani olaraq da gözünü gözlərindən çəkdi. O baxışlarda "bağışla, bacarmıram" kəlməsi gizlənirdi. Qətiyyətlə "yox... yox... yox..." deyirdi sanki.

Bu sükütü Qreq pozdu:
- Son dəfə xahiş edirəm. Bu zəhəri mənə çox görə bilmərsən. İşə bax ki... (öskürək onu sözündən ayırdı).
- Ah Demian, məni niyə danışdırırsan axı. Artıq danışa da bilmirəm. Amma əcəlim haqqında danışmaq yəqin ki, mənim üçün zövqdür. Yəqin ki, deyirəm çünki artıq ağrı mənə bütün hissiyatlarımı unutdurub. Ağrıdan başqa nəyisə hiss edə bilmi...

- Qreq bəsdir... Məndən bunu istəmə. Başqa bir şey, amma bunu yox.

- Yaxşı tarixi haqqında məlumat verməyəcəm. Bu zəhərin, verildiyi insanların yarısını öldürmək üçün hansı miqdarda verilməsi lazım olduğunu ölçən LD50 miqyası Botox, sadəcə 0,000001 mq/kq dır. Yəni 70 kiloqram ağırlığında bir insanı öldürmək üçün sadəcə 0,00007 milliqram yetərlidir. Bu maddəni axrıncı kəşfiyyatda bazadan götürmüşdüm. Bilirdim ki, lazımım olacaq.

- Qreq, mən gedirəm. Hər dəfə fərqli maddələr, fərqli yollarla evtanaziya barəsində çərənləyirsən. Artıq bu cəfəngiyyatı dinləmək istəmirəm. Bu sözləri söyləyib bayaq qətiyyətsiz tutduğu dəstəyi bu dəfə özündə cəsarət toplayaraq yenidən sıxdı və özünə tərəf çəkərək otağı tərk etdi. Qapının ağzındakı küncə yığılıb, başını iki əlinin arasına aldı. Boğazında yaranmış o düyünü heç cürə uda bilmirdi...

İçəridən Qreqin zəif səsi onun başını sıxmış əllərini boşaltdı...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti