28-03-2017, 11:54 Oxunub: 771

Qadın olmaq

Cəlalə Əliyeva

OXUCU KÖŞƏSİ
Kainatın ən böyük varlığı adlandırardım qadını. İncə, həssas, lakin bir o qədər də güclü. Sözlərlə ifadəsi mümkünsüz qadın. Çöhrəsində illərin dərdi, zamanın gətirdiyi ağrı, gözlərində gizli qalan hüzün. Saçları qara, yaxud ağ, yaşlı, yaxud cavan fərq etməz. Hislərə sığınan, duyğulara əsir olmuş qadın.

Çətindir qadın olmaq. Zərifliklə yanaşı böyük gücə sahibdir. İncə əlləri bəzən böyük yükün altına girər. Göz yaşları gülüşü qədər dəyərlidir qadının. Kədərini gizlətməyi bacarar, çətin də olsa üzündə gülüş yaradar. Qadın olmaq gözəllik, bəzənmək, baxımlı olmaq deyil əslində. Həyatın zərbələrinə sinə gərmək, ağrıları gülüşündə gizlətmək, bir körpəyə həyat vermək, sənə "qadınsan bacarmazsan" deyənləri yanıltmaqdır. Bax budur əsl qadın.

Zaman keçdikcə üzündə yaranan qırışlar, saçlarına düşmüş dən. İncə ruha sahib varlıq, Tanrı səni görünüşcə çox zərif yaratdı, lakin sənə dözüm, güc verdi. Boşuna deyilməyib "hər güclü kişinin arxasında bir qadın dayanır" deyə. Kişini kişi edən də məhz qadındır. Nə qədər güclü, cəsarətli, dözümlü olsa da axı qadın hər zaman içində balaca kövrək bir uşaqdır. Ona uzanan ələ, ona gülən gözlərə hər zaman ehtiyacı var. Əgər bir qadın hislərinə təslim oldusa həyat ona daha çətindir.

Ağılla hərəkət edən qadınlar isə bəzən daha şanslıdır. Qadınlar müxtəlifdir. Kimisi xoşbəxtliyi ailədə, kimisi işində, kimisi digər şeylərdə görür. Ən kiçik ayrıntıya belə diqqət edər qadınlar. Və çox adi, xırda şeylərlə xoşbəxt olmağı bacarar. Daim diqqət mərkəzində olmaq istəyər. Hər zaman dünyadakı tək qadın o imiş kimi hiss etmək istər. Güvənər və sevər. Bu zaman qadının gözündə dəyişər dünya. Lakin qırıldısa, incindisə küsər həyatına. Yenidən ayağa qalxıb, hər şeyi sırf başdan başlamaq cəsarət istər.

Çətin də olsa gözünün yaşını silib, aynada əksinə gülümsəyər. Bax elə buna görə də qadın olmaq çətindir. Həyatı boyunca xoşbəxtlik bəxş edib, amma özü isti bir gülüşə ehtiyac duyacaq qədər safdır qadın. Yaşamın hər üzünə bələd olub onunla mübarizə aparar. Qadın sevginin özüdür. Xanım olmaq asanddır, lakin qadın olmaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti