19-09-2016, 12:03 Oxunub: 746

İradənin gücü

Murad Səlim

OXUCU KÖŞƏSİ
İradənin gücü, iradəli insandan başlayır... İradəli insan olmaq üçün öz iradənlə fəaliyyətdə olmalısan. Bunu bacarmaq üçün mütləq fəaliyyət lazımdır. Fəaliyyət olmadan bir iş görmək olmaz.

İradəylə hərəkət etmək, insanın təkamülünə gətirib çıxardacaq. İnsanın təkamülü üçün iradə mütləq lazım olmalıdır. İradəsiz insan boş bir insandır. Boş-boş gəzmək insana bir fayda verməyəcək. İnsana faydalı olan bir iş görməkdir. Bu iş insanlığın xeyrinə, insanlığın intellektual olmasına gətirib çıxarmalıdır. Sağlam düşünən cəmiyyət hər zaman öndə olur və hər sahədə iradəsinin gücü ilə qalib gəlir.

İnsan hər bir işdə iradəylə hərəkət etməlidir. Məsələn: İradəylə qurulan dövlətlər hər zaman inkişaf edirlər. Bu dövlətlər indi də çoxluq təşkil edir. Bunlara misal gətirsək, İsveçi, Norveçi, Danimarkanı, Finlandiyanı, Yaponyanı və bir çox adını çəkmədiyim dövlətləri sadalamaq olar. Bu dövlətlər iradəylə qurulduğu üçün hər zaman inkişaf edirlər. Bu dövlətlərdə əxlaq, sevgi, ədalət, qanun üst səviyyədədir.

Texnologiyada üstün bir cəmiyyətə malik olmuşlar. Texnologiyanı hər bir sahədə istifadə edirlər. Ona görə də, bu dövlətlərdə həyat inkişaf edir. İnkişaf isə hər bir dövlətin gücünü artırır. Bu, o deməkdir ki, iradənin gücü hər yerdə özünü göstərir. Biz də inkişaf etmək istəyiriksə, iradənin gücünə inanacağıq.

İradəylə hərəkət edəcək və iradənin fəlsəfəsini başa düşəcəyik. Bunun üçün isə mütləq fəaliyyət olmalıdır. Fəaliyyətsiz heç bir iş olmur. İnsanlar bizim parçamızdır, bir parça zədələnsə, digər parçalar da zədələnəcək. Bir insan hərəkət edirsə, digər insanlar da ona qoşularaq hərəkət edəcək. Ona görə də, hər zaman iradənin gücünə inanmalıyıq.

Hər şey inancla başlayır. İnancın varsa, o bir gün gerçək olacaq. Xalqımız arasında iradənin gücünə inam olmalıdır ki, xalqımız inkişaf etsin. Hər şey inancla başlayır. İradənin gücünə inanın və fəaliyyətə keçin.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti