26-04-2016, 12:10 Oxunub: 1285

Özünə hədəf seç

Murad Səlim

OXUCU KÖŞƏSİ
İnsanlar sərhədləri çəkilmiş, özlərinə qapanmış həyat yaşayırlar. Çəkilmiş sərhədlərdən başqa həyat yaşaya bilmirlər.

Çünki, çəkilmiş sərhədlərə bağlanmışlar və ondan kənara çıxa bilmirlər. Mən isə insanlara özlərinə bir hədəf seçmələrini və o hədəfin yolundan getmələrini istəyirəm. Getdikləri yol həm onlara, həm də insanlara xeyir verəcək. Seçdikləri hədəf onları da dəyişəcək, ətrafındakı insanları da.

Çəkdikləri sərhədləri aşıb, sonsuzluğa tərəf gedəcəklər. Dünyanın, kainatın və insanların həqiqətini görəcəklər. Günümüzdə insanlar arasında bu həqiqətləri görənlər var. İnsanlar arasında bu təkamül davam edir. Lakin, bəzi insanlar çəkdikləri sərhədlər içində, məişət həyatından kənara çıxa bilmirlər. Onlar məişət həyatından çıxıb, özlərinə bir hədəf seçməli və bu hədəf üçün fəaliyyətdə olmalılar. Çalışmayan, fəaliyyətdə olmayan insan heç vaxt hədəfinə çatmayacaq.

Hədəfə çatmaq üçün fəaliyyətdə olmaq lazımdır. Həyatınızı boş yerə, məişət həyatı üçün fəda etməyin. Həyatınıza bir hədəf qoyun və o hədəf insanların, dünyanın, kainatın xeyrinə olsun. Ancaq belə olanda insan təkamül edəcək...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti