11-04-2016, 10:15 Oxunub: 1286

Dünyada hələ insanlıq ölməyib

Murad Səlim

OXUCU KÖŞƏSİ
İnsan olmağı nə inanc, nə də iqtisadi güc bəlirləyir. Yaxşı insanlar vicdanları ilə tanınırlar. Onların verdikləri dəyərlər onları tanıdır.

Məsələn, bir örnək verəcəyəm. Nigeriyada bu yaxınlarda utanc verici bir hadisə yaşanmışdır. Bütün xəbərlərdə yayımlanan bu hadisə insanlıq adını ləkələmişdi. Bir ailə 2 yaşındakı balaca uşağını "cadugər" adlandıraraq çölə atıb. 8 ay çöldə yaşamış Hope adındakı balaca uşağa heç kim kömək əlini uzatmayıb. Uşağın vəziyyəti günü-gündən pisləşməyə doğru gedirdi. Bir gün Nigeriyada könüllü yardım kompaniyasında işləyən danimarkalı Anje Ringgren Loven adlı bir qadın Hope adındakı balaca uşağı görüb və dözməyib ona kömək əlini uzadıb.

Balaca uşaq xəstəxanaya çatdırılıb və Anje bütün xərcləri də öz üzərinə götürüb. Hopenin vəziyyəti günü-gündən düzəlib.

Bir sözlə, qadın çarəsiz uşağı ölümdən döndərmişdi. Danimarkalı qadının bu köməyi insanlığa örnək olmalıdır. Danimarkalı qadının bu köməyi onu göstərdi ki, dünyada hələ də insanlıq ölməyib. Anje, son vaxtlarda həmin uşağın görüntüsünü sosial şəbəkədə paylaşdı. Onun son görüntüsü ürəkaçandır. Hope yavaş-yavaş sağalmaqdadır. Artıq o da öz yaşıdları ilə oynayacaq.

Mən sonda içində mərhəmət olan insanlara səslənirəm: Siz də bu hadisələr yaşanmasın deyə əlinizdən gələn köməyi əsirgəməyin. Dəyər verən, kömək edən insan ən böyük insandır. Bunu unutmayın...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti