10-04-2016, 13:11 Oxunub: 4295

Canıma can verən Odlar Diyarı

Sevinc Ağaxəlil qızı

OXUCU KÖŞƏSİ
Namərdlərə sinə gəlib, səbr etmisən
Tufanlardan keçə-keçə bərkimisən!

Bu sözlər elə bil mənim vətənim, odlar yurdu Azərbaycanım üçün deyilib. Tarixinə nəzər salsaq, nələr çəkmiş başın sənin... Tanrının bəxş etdiyi qara qızılın, mavi qazın, dilbər guşələrin, zəngin mədəniyyətin, iqtisadiyyatın başına həmişə bəla olub. Dədə Qorquddan bizə vəsiyyət qalan qızıl kəlmələr; düşmən qarıyar, əldən düşər, amma dost olmaz.

Bir vaxtlar üzdə dost olan torpağında yaşayan, çörəyini yeyib, sonradan xain çıxan qatı düşmənə çevrilən erməni xainləri. 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. Xalq yaşadığı bu faciədən özünə uzun müddət gələ bilmədi. Həmin gecədən sonra qərənfillər məzar güllərinə çevrildi. Xalq elə düşünürdü ki, bu son faciədir. Sən demə, fələk qarşıda saysız müsibətlər hazırlayırmış. Amansız fələk!

Tarixən şahlar qonşu dövlətlərin gözünü qorxutmaq üçün öz qəddarlığını nümayiş etdirirdilər. Məsələn Çingiz xan insan kəlləsindən dağ düzəltdirib, Teymurləng onminlərlə insanı diri-diri divara hördürüb. Ermənilər də “qonşudan qalma dala” prinsipinə sadiq qalaraq tarixdə qanlı iz qoymaq üçün daha yeni qəddarlıqlara, ağılagəlməz vəhşiliklərə əl atırlar.

Xocalı 3 ay mühasirədə qalır. Fevralın 26-da saat 23.00-da ermənilər və rus zirehli maşınları hücuma keçdilər. Çaşqınlıq içində olan camaat ayaqyalın, başıaçıq hara qaçır özü də bilmirdi. Hamısı meşəyə qaçıb canını, balasını, ailəsini qurtarmaq istəyirdi. Faktlara əsasən Rüstəm əmi ailəsini görməyə gəlmiş universitetdə oxuyan oğlu Orxan, qızı və həyat yoldaşı Barat xalayla meşəyə qaçır. Meşədə onlar mənfur ermənilərlə rastlaşırlar. Rüstəm əmi qızı əsir düşməsin deyə öz tüfəngi ilə qızını və arvadını vurur, özünü vurmaq istəyəndə erməni gülləsinə tuş gəlir. Oğlu əsir alınır. Rüstəm dayının mərdliyi qarşısında insan deməyə söz tapmır.

Oğlunun əsirlikdə başına nələr gəlir? Əsirlikdə olanların danışdıqlarından: “Erməni alçaqları bizi məcbur edirdilər ki, öz budumuzu kəsib yeyək”.

Meşədə camaata pusqu qururdular. Qabaqcadan qazdıqları iri çalalar vardı ki, əsir tutduqları insanları ora salıb, üzərlərinə soyuq su tökürdülər. Təsəvvür etmək belə insanı vahiməyə salır. Şaxtalı hava, insanlar diri-diri donur, ermənilər isə istehza ilə gülərək söyləyirdilər: Buz heykəl bağı salırıq...

İnsanlar bir anlıq damarlarında qanı donur. Mən əminliklə deyerəm ki, xalqımın heç bir nümayəndəsinədə bu qəddarlıq ola bilməz. Mümkün də deyil! Çünki bizə gözümüzü açandan ailədə məktəbdə, cəmiyyətimizdə həmişə humanistlik aşılanıb. Ermənistan hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal olunmuş və əhalisinin bir milyonu qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ev-eşiklərindən, yaşayış yerlərindən məhrum edilmişdir.

Dəhşətə bax! Öz ölkəndə qaçqına çevrilmək! Onların qanlarını yerdə qoymayan qəhrəman el oğlanlarımıza, əsgərlərimizə eşq olsun! Mübariz İbrahimov, Fərid, Vüqar, Namiq Məmmədov, Namiq Əliyev, Natiq Əliyev... saymaqla qurtarmaz..

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dedikləri: Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir.

Ayağa qalxan igid oğullarımız üç rəngli bayrağımızı düşmənin gözünün içinə çaxacaq. Heç vaxt demə ki, “Vətən mənə nə edib”, de ki, “mən Vətən üçün nə etmişəm”. Bütün xalqımız qəhrəman əsgərlərimizdən tezliklə qələbə müjdəsini gözləyir. Həmin gün uzaqda deyil.
Şərhlər : 6 Şərh yaz
Gunduz 11 aprel 2016 16:37  

Sevinc xanimin bu vaxta qeder dövrü mətbuatda qəhrəmanlıq mövzusuna dövlət quruculuguna övlada məhəbbətə gənc nəslin tərbiyəsinə bə c. mövzulara aid silsilə yazılarını oxumuşam və açıgını deyim ki cox xosuma gəlib.

    Bu ürəkdən gələn yazıya görə isə Sevinc xanıma ayrıca minnətdaram. Ona görə ki bu yazı qəhrəman ordumuz tərəfindən müvəqqəti işgal altında olan torpaqlarımızın bir hissəsinin geri qaytarılması ilə üsr-üstə düşdü.Bu isə düşmənə nifrət baxımından çox vacibdir.Bir necə gün əvvəlki döyüşlərdə şəhid olan əsgərlərimizə Allahdan rəhmət yaralılara acil şəfalar diləyirəm.

    Azərbaycan xalqı inanır və buna əmindir ki əzəli və əbədi torpaqlarımız olan Yuxarı  Qarabag və ona qonşu rayonlar tezliklə Qəhrəman Ordumuz tərəfindən işgaldan azad ediləcək. Bu müqəddəs işdə Ordumuza ugurlar arzulayıram.

Gülçin 16 aprel 2016 13:47  

Sevinc xanımın döyüşcülərimizin qəhrəmanlıgına nəsr etdiyi bu köşə yazısı çox xoşuma gəldi.Arzu edirəm ki, belə yazılar cox olsun. 

Arzu 18 aprel 2016 19:31  

      Sevinc xanımın sizin qəzetinizdə yayıladıgı şerlərinin  olmuşam.Demək olar ki,Sevinc xanımım daimi oxucusuyam.Vətəvpərvərlik mövzusunda yazılan bu yazıdan da cox xoşum gəlir. Sevinc xanıma yaradıcılıgında ugurlar arzulayıram.

Elcin 20 aprel 2016 11:53  

men inaniram ki,ordumuz tezlikle torpaqlarimizi azad edecek.Sevnc xanima yaradiciliginda ugurlar atzulayiram.

Arzum 25 iyul 2016 08:36  

Hemiwe bele olun Sevinc xanim.. hec deyiwmeyin.. ne fikrinizi,nede missiyanizi.

Dildər 29 sentyabr 2016 15:08  

Sevinc xanım Sizə yaradıcılıq uğurları arzulayıram.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti