13-04-2016, 10:12 Oxunub: 1028

Həyatınızda dəyişiklik edin

Ceyhun Məmmədov

OXUCU KÖŞƏSİ
Yəqin ki, bəziləriniz hər gün eyni işlə məşğul olursuz. Bəziləriniz ancaq "evdən işə, işdən evə" - eyni sistem üzrə gedirsiz.

Həyatınızda bir az dəyişiklik edin. Hətta işə bu dəfə fərqli yolla gedin. Həmişə eyni yolla getməyin. Hər gün bədii kitab oxuyursuz. Amma bu gün dəyişiklik edin, elmi kitab oxuyun. Kafeyə getməkdən yoruldunuz. Bu dəfə dəyişiklik edin, kitabxanaya gedin. Hər dəfə rep dinləyirsiz, bu dəfə şeir dinləyin.

Yəni, bir sözlə, həyatınızda müəyyən dəyişiklik olmalıdır. Amma bu dəyişiklik sizə xeyir verməlidir. İçki içmirəm, durum həyatımda dəyişiklik edim, içki içməyə başlayım. Xeyr! Bu mənfi xüsusiyyətli, səhv dəyişiklikdir. Mən sizə deyirəm ki, xeyir verəcək, müsbət dəyişikliyə əl atın. Xoşbəxt yaşayın. Hətta sevgilinizə belə həmişə gül alırdınız, bu dəfə gülü kitabla əvəz edin. Bəziləriniz eyni əməli yerinə yetirməkdən digər əməlləri unutmuş olursuz.

Tutaq ki, musiqi ilə məşğul olursuz. Bu dəfə fəaliyyətinizə kitab yazmağı qatın. Demirəm bir işi dayandırıb yeni işə başlayın. Sadəcə həyatınıza əvvəlki işdən əlavə də yeni bir iş qatın və dəyişikliyi görün. Sual verə bilərsiz ki, bu dəyişikliyin insana nə xeyri olacaq...

Xeyri bundan ibarət olacaq ki, beyninizin müəyyən hissləri aktiv olmağa başlayacaq. Çünki eyni şeyləri etdiyiniz zaman, beyninizin yalnız bir hissəsi işlək vəziyyətdə olur. Ancaq digər hissələri aktiv olmur və siz yalnız bir hissə ilə həyatınızı keçirmiş olursuz. Bir sözlə həyatınızda dəyişiklik edərək, beyninizin inkişafına səbəb olacaqsız.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti