4-04-2016, 13:25 Oxunub: 1342

"Topaz oynamaqdan uzaq olun"

Ceyhun Məmmədov

OXUCU KÖŞƏSİ
"Topaz"ın insan beyninə vurduğu psixoloji zərbələr, insan övladının gələcəyini təhlükəyə salır. Qumarbazlığın ilk pilləsini "topaz" hesab etmək olar. Oynadıqca, oynanılmaq istənilən bu sistem, gələcəkdə bütün pulları almaq və insanı müflis etmək gücünə malikdir.

"Topaz" sistemində, məbləğlərin rolu çox mühüm səciyyəvi hal daşıyır. Beləliklə az məbləğ qoyaraq, çox məbləği qazanmaq ehtimalı olan bu oyunda, insanda həvəsləndirici stimul yaranır. Amma insan "topaz"da udduğu zamanda, uduzduğu müddətdə də ziyan çəkir. Deməli, udduğu məbləğ onu gələcəkdə daha da çox qazanıb, varlanmaq həvəsinə sala bilir. Bu o demək olur ki, daha çox pul qoyub, müflis olmaq yolunda addımlamaq lazımdır. Beləliklə, qazanmaq gələcək üçün xüsusi bir təsir olur. Amma ziyanlı bir təsir.

"Topaz"da uduzmaq isə ruh düşkünlüyünə səbəb olur. İnsan uda bilmədiyi məbləğə görə əsəbdən hüceyrələrini məhv etmək durumuna düşür. Sistemin insan üzərində yaratdığı psixoloji təsir, mənəvi ziyanlarla zəngindir. Həmçinin maddi cəhətdən də ziyanları olur. "Topaz"dan udduğunuz məbləğə baxmayaraq, gələcəkdə maddi cəhətdən külli miqdarda ziyan çəkmə ehtimalınız da var. Kağız pullar, insan üzərində xüsusi rol oynayır. Pulun, maddi və mənəvi şirinliyi çox olduğu üçün, sizi kredit almağa vadar edir.

Siz hətta "topaz"ın sizin üzərinizdə yaratdığı psixoloji təsirə məruz qalıb, bankdan kredit götürmək həvəsinə düşə bilərsiz. Çünki düşüncəniz, “topaz"dan onsuz da pul udacam” istiqamətində olacaq. Və beləliklə bankdan kredit götürərək, pulunuzun hamısını zamanla "topaz"a yatırırsız. Sistemin sizə yeritdiyi psixoloji təsirdən, müflis olmaq ehtimalını düşünməyiniz isə çətin olur. “Topaz, oyna qazan” şüarı insan beynində xoş xəyallara dalmağa məcbur edir.

"Külli miqdarda pul uda bilərəm, qazandığım pullarla özümə maşın ala bilərəm, ev almaq ehtimalım var" və başqa cür gözəl xəyallar qurmağa vadar edən bu şüar, əslində ziyanlarla zəngin bir xüsusiyyətə malikdir. Siz sadəcə bu şüara aldanıb, ziyanlı tərəfləri bəzən düşünmək istəmirsiz. Bir gün pulunuzun hamısını "topaz"da itirə biləcəyinizi düşünün. Onsuz da ehtimallarla dolu "topaz", sizə hər zaman pul uda bilərsiz əminliyini verməyəcək. "Topaz, oyna qazan" şüarı sadəcə sizi aldadır.

"Topaz" sözünün çox vaxt qırmızı hərflə və ya qırmızı örtükdə ağ hərflərlə, ya da ağ örtükdə qırmızı hərflə yazılması da beyinlərdə xüsusi rol oynayır. Qırmızı rəng, iştah artırmaq rolunu oynayır. Bu rəngdən istifadə edilməsi, sizləri daha da çox oynamağa sövq edir. İştah artırmaq rolu oynayan bu rəng, sizləri daha da həvəsləndirici sahəyə salır.

Vaxt... "Topaz" onu da əlinizdən alır. Yazdığınız oyunların bitməsini gözdəməyiniz, zamanı boş-boşuna məvh etməyinizə bərabər olur. "Topaz"ın sistemi, sizin vaxtınızı oğurlayır. Vaxtınızı "topaz"ın uğrunda məhv edən zaman, özünüzdən asılı olmadan, avtonom sinir sisteminə görə stress, həyacan içində olursuz. Yazdığınız komandaların qələbəsini gözlədiyiniz anda böyük həyacan içinə daxil olursuz. "Topaz" oynamaqdan uzaq olun. Gələcəyinizi, "topaz"ın sistemindən uzaq tutun.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti