29-02-2016, 20:46 Oxunub: 1459

Təsəvvür et

Saida

OXUCU KÖŞƏSİ

Cənnətin olmadığını təsəvvür et. Sınasan, görəcəksən ki, asandır. Əgər insan ürəkdən tövbə edirsə, o, öldükdən sonra həyatının ən xoşbəxt vaxtlarına qayıdır. Bəlkə də cənnət elə budur.

Altımızda cəhənnəm yox, üstümüzdə yalnız səma. Təsəvvür et bütün insanların yalnız bu gün üçün yaşadığını. Etmək çətin deyil. Nə uğrunda öldürəcək, ya da öləcək bir şey var, nə də dinlər.

Təsəvvür et bütün insanların sülh içində yaşadığını. Mənə xəyalpərəst deyə bilərsən. Amma bil ki, tək deyiləm. Ümid edirəm ki, bir gün sən də bizlərə qatılarsan. Və dünya tək ürək olar.

Müstəmləkələrin olmadığını təsəvvür et. Maraqlıdır, bacara bilərsənmi? Acgözlüyə də, aclığa da ehtiyac yoxdur. İnsanların qardaşlığını təsəvvür et. Bütün dünyanı paylaşdığını...

Məsumiyyətini bilən tək insanın qatilin özü olmadığını təsəvvür et. Bəlkə bir gün yenidən qarşılaşarıq unudulmuş bir eşqin gizli qutusunda. Ayrı yataqların eyni yuxusunda. Təsəvvür et!

Yaş artdıqca o ucuz isterikaları, skandalları, davaları daha az etdiyini təsəvvür et. İstədiyinin isə sadəcə rahat ev, dadlı nahar, sevdiyin və çayına neçə qaşıq şəkər tökəcəyini bilən insan olduğunu təsəvvür et.

Bir ip ilə hər şey edilə bilər. İntihar da edilər, bir yelləncək də düzəldilə bilər. İradə sizindir. Bunu təsəvvür et.

Söyləyəcək bir söz varsa, susqun qalırıqsa, bu susqunluq özümüzə zərər gətirirsə, susmaq böyük qorxaqlıqdır. Qorxmamağı təsəvvür et.

Qapının önündə nə qədər tərəddüd edərsə, o qədər ögeyləşər insan. Tərəddüd etmədən yaşamağı təsəvvür et.

Ümidlərinizə su verin. Pəncərə kənarına qoyun ki, çiçəklənsin. Ümidli qalmağı təsəvvür et.

İnsan ən çox qaçdığı şeydən əsla qurtula bilmir. Bir acının rəsmi çəkilmir, bir də sevginin. Çizgilər gəlib insanın üzünə yapışır. Yaxşı bir rəssam olduğunu və çizgiləri dəqiq çəkdiyini təsəvvür et.

Sözlər bir-birinə dəyib uçan anda yuxulamağı təsəvvür et. Gecə yarısı oyanıb yatağın bir ucuna oturmağın izahını vermədən yuxunuza gələn "qara qüvvələrdən" azad olmağı təsəvvür et.

Qaçıb getmək istədiyin zamanlarda buludlara toxunduğunu təsəvvür et. "Yerə çaxılana qədər qanadlarımın olduğuna inanacağam" dediyini təsəvvür et.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti