Qazaxıstan səfiri AİB-dən danışdı

25-12-2012, 14:43
Oxunub: 1521


Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Strategiya - 2050” adlı sənədinə həsr olunmuş mətbuat konfransında, "Avrasiya İqtisadi Birliyi sırf iqtisadi təşkilatdır və heç bir siyasi ambisiyası yoxdur” deyə bildirib.

Onun sözlərinə görə, birliyi məqsədi üzv ölkələr arasında mövcud iqtisadi əlaqələri daha da möhkəmləndirməkdən ibarətdir.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin 2015-ci ildə Vahid İqtisadi Məkana daxil olan Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılması planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti