Neft nəqli azalıb

24-12-2012, 16:52
Oxunub: 1327


Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 39,7 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 6,1% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 30,1 mln. ton neft ötürülüb. Ancaq 2011-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bu göstəricinin 6,2% azaldığı nəzərə çarpır.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,9 mln. ton tranzit Türkmənistan nefti nəql edilib. Ötən ilə nisbətən Türkmənistan neftinin tranziti 52,6% artıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 17,2 mlrd. kubmetr qaz nəql edilib. Bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,3% artıqdır. Nəql edilmiş qazın 20,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 3,6 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2011-ci ilin yanvar-noyabr aylarına nisbətən 12,2% azalıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti