"2013-də dünya iqtisadiyyatı sarsılacaq"

20-12-2012, 11:40
Oxunub: 1251


Gələn il WTI markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarına qədər ucuzlaşacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Danimarka «Saxo Bank»ının hər il dərc etdiyi yeni il üçün proqnozlarında deyilir.

 

İcmalda 10 proqnoz əksini tapıb. ABŞ-da qabaqcıl texnologiyalar əsasında enerji istehsalının artması və dünya iqtisadiyyatının proqnozlardan daha zəif atımı səbəbindən WTI markalı neftin kəskin ucuzlaşmasından başqa burada bir sıra sahələr üzrə də proqnozlar göstərilir. Hazırda WTI markalı neftin 1 barelinin qiyməti 89,5 dollara bərabərdir.

 

Məsələn, qızılın 1 unsiyasının 1 200 dollara qədər ucuzlaşacağı proqnozlaşdırılır. Qeyd edək ki, hazırda dünya bazarlarında qızılın qiyməti 1 670 dollar təşkil edir.

 

Bundan başqa «Saxo Bank»ın mütəxəssislərinin fikrincə, 2013-cü ildə Almaniyanın DAX fond indeksi 30% enəcək, «Sharp», «Panasonic» və «Sony» şirkətləri milliləşdiriləcək, soya 50% bahalaşacaq, yenin dollara qarşı məzənnəsi kəskin möhkəmlənəcək, İsveçrə frankın avroya bağlanmasından imtina edəcək, Honq Konq dollarının yuana bağlanması baş verəcək, İspaniyanın reytinqi kəskin endiriləcək və ölkə defolta daha da yaxınlaşacaq, ABŞ-ın 30 illik istiqrazlarının gəlirliyi 2 dəfə artacaq.

 

Göründüyü kimi, «Saxo Bank»ın proqnozlarının hətta bir hissəsi reallaşarsa gələn il dünya iqtisadiyyatını ciddi sarsıntılar gözləyir və böhranın başa çatmasından danışmaq hələ çox tezdir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti