Avropa-Qafqaz-Asiya memorandumu qüvvəyə minir

19-12-2012, 13:33
Oxunub: 657


Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkiyə arasında imzalanmış Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə Memorandum bu həftənin sonunda qüvvəyə minəcək. APA-nın "Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, sənəd Rusiyadan yan keçən bu marşrut üzrə razılaşdırılmış tranzit tariflərinin tətbiqini nəzərdə tutur. Bu tariflərin Rusiyadakı tranzit qiymətlərindən 10-13% aşağı olması planlaşdırılır.

Söhbət Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən (son iki ölkənin Qara dəniz akvatoriyası da daxil olmaqla) dəhlizdən gedir. Həmin marşrut üzrə yenə Rusiyadan yan keçməklə Azərbaycan və Orta Asiyadan Avropaya uzanan qaz kəmərlərinin çəkilişi də nəzərdə tutulur.

 

Qeyd edək ki, 2012-ci ildən Qazaxıstan buğda ixracını bu marşrut üzrə həyata keçirir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti