Adambaşı gəlirlərimiz 12% artıb

19-12-2012, 13:06
Oxunub: 1182


Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlir 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,2% artaraq 3260,5 manat və ya orta hesabla ayda 296,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 29,9 mlrd. manatlıq gəlirin 64%-i son istehlak xərclərinə, 8,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 26,1%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamda qalan gəlirləri 27,4 mlrd. manat təşkil edir. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 14% artıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti