Facebook WatsApp`ı alır

3-12-2012, 16:42
Oxunub: 1065


Bir milyard istifadəçisi olan Facebook, bir yandan saytın daha da təkmilləşməsi üçün çalışdığı kimi həmdə digər tərəfdən öz yatırımlarına da davam edir. Son olaraq foto paylaşım platformu Instagram'ı 1 milyard dolara satın alan Facebook bu vaxta qədər 2012-ci ilin ən büyük satın almasına imza atıb.
Sürətlə artan Instagram istifadəçiləri ilə birlikdə bu satın almanın meyvələrini toplamağa başlayan Facebook, indidə WhatsApp'ı satın almaq istəyir. Facebook CEO'su Mark Zuckerberg WhatsApp'ı satın almaq artıq danışıqlara belə başlayıb. 
Mərkəzi Kaliforniada olan şirkət ilə danışıqların getdiyi açıqlansa da, bu danışıqların gedişatı haqqında hələ bir məlumat yoxdur. WhatsApp, 200-ə yaxın ölkədə istifadə edilən, günə 1 milyard mesajın göndərildiyi və günə 100 milyon aktiv istifadəçisi olan bir platformdur. Danışıqların gedişatı haqqda bir məlumat olmasa da sözü gedən şirkətin böyüklüyünü nəzərə alaraq Facebook-un bu alışı reallaşdırması üçün rekord bir məbləğ ödəyəcəyi məlumdu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti