TANAP böhrandan çıxış yoludur?

27-11-2012, 02:20
Oxunub: 1625



Prezident İlham Əliyev "Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın, Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün, müstəqil boru kəmərinin inşasına dair" sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb. 

 

Bundan başqa, Milli Məclisdə «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair» Sazişin təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb və qəbul olunub. Beləliklə, «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair» 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Saziş təsdiqlənib.


Etatist.com-un analitik qrupunun araşdırmasına əsasən, TANAP kəmərinin çəkilməsi bölgədə Türkiyənin regional iqtisadi-siyasi maraqlarını gücləndirəcəkdir. Lakin, indiki siyasi durumda Azərbaycanın nədən bu addımı atması maraqlıdır. Xatırladaq ki, Azərbaycan hal-hazırda demək olar ki, bütün qonşu dövlətlərlə siyasi böhran yaşamaqdadı Rusiya ilə Qəbələ RLS böhranı yaşamış və cavab olaraq qarşısına "Milyarderlər İttifaqı” almış, Gürcüstanda dəyişən hökümətin tariflərlə bağlı müzakirəsindən sonra Gürcüstanın vergi rekordçusu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Tiflisə səfər etmiş və məsələlərin həll edilməsi barədə tələsik açıqlamalar verdiyi, İranın Azərbaycana qarşı kəskin münasibəti sürəcində Azərbaycan üzünü Türkiyəyə dolayısı ilə yenidən Qərbə tutmalı olduğu aydın bir faktdır.
Ancaq bununla belə, TANAP-ın 80% payının SOCAR-ın öz əlində saxlaması olduqca maraqlıdır. Əvvəllər Qərblə imzaladığımız neft layihələrində tam tərsi olsada, indiki siyasi durumda Azərbaycanın payını öz əlində saxlamaq istəyi daha üstünlük təçkil edir SOCAR-da. Bütün hallarda Azərbaycanın artıq Neft müqaviləsindən, Qazının satışına prioritet verməsinin bir neçə ehtimalı var
1) Azərbaycanın Nefti bitməkdədir və qazını bazara çıxarmaq stratejisi tutmaqla iqtisadi rıçaqlarla Qərbin maraqlarını özündə saxlamağa səy göstərir.
2) Türkiyə üzərindəm qərblə əlaqə qurmaqla, yaxın müddət ərzində regionda gözlənilən kataklizmlərdə özünə dəstək istəyir.

Bu layihənin beş il ərzində reallaşması nəzərdə tutulub ümumi dəyəri isə 7 mlrd. ABŞ dollarıdır. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin «BOTAŞ» və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. ARDNŞ ona məxsus olan səhmlərin 29%-ni «Şahdəniz» Konsorsiumundakı tərəfdaşlarına - BP, «Statoil» və «Total» şirkətlərinə təklif edib. Artıq məlum olub ki, BP və «Statoil» bu layihədə hərəyə 12%, «Total» şirkəti isə 5% pay əldə etmək niyyətindədir.

Etatist.com-un analitik qrupu 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti