Gözlənilən rep konserti baş tutdu

24-12-2012, 15:18
Oxunub: 1106


Dekabr ayının 23-də KorYolçunun "E.P.DEMİYA" adlı albomunun təqdimatı ilə bağlı konsert keçirildi. 


Etatist.com-un verdiyi məlumata görə, konsertdə gənc reper KorYolçunun "E.P.DEMİYA" adlanan yeni albomundan olan replərlə yanaşı, onun köhnə albomlarından bir neçə mahnı və başqa reperlərlə olan duetləri oldu.

KorYolçuya dəstək vermək üçün konsertdə, X-pert, Nifrət, Ziq-Zaq, İstehza, Fats, DonVion, Tibu, De Fakto, Hell Resident, Tefo, Tier, Slangue kimi gənc reperlər də səhnədə yer aldılar.


Konsertdə Türkiyədən gələn qonaqların - Ais Ezhel, DJ Suppa və Aga B-nin iştirak etməsi gözlənilsə də, Ankarada havanın pis olması ilə bağlı Türkiyə-Azərbarcan relsi təxirə salındığına görə qonaqlar konsertdə iştirak edə bilməyiblər. Amma buna baxmayaraq nə dinləyicilər nə də iştirakçılar ruh düşkünlüyü yaşamayıblar və konsert gözlənildiyi kimi yüksək səviyyədə keçirilib.

Qeyd edək ki, KorYolçunun "E.P.DEMİYA" adlı yeni albomu yaxın günlərdə satışda olacaq.

 

 

Gözlənilən rep konserti baş tutdu

 

Gözlənilən rep konserti baş tutdu

 

Gözlənilən rep konserti baş tutdu

 

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti