Hökümət yeni gənclər təşkilatı yaratmaq istəyir

23-11-2012, 02:21
Oxunub: 1048


Etatist.com-a etibarlı mənbədən daxil olan xəbərə görə, hökümət cinahında təmsil olunan gənclərin fəaliyyəti Yeni Azərbaycan Partiyasını qane etmir. Hökümət gənclərlə bağlı aidiyyatı qurumları o cümlədən nazirliyi, təşkilatların qeyri effektiv hesab etdiyindən yeeni Gənclər Təşkilatı İttifaqı yaranması planı hazırlayır. Burada təmsil olunacaq gənclərin, çoxu xaricə dövlət xətti ilə gedən tələbələr olacaq. Ancaq nəzərə almaq lazımdır ki, xaricə təhsil almaq üçün göndərilən tələbələrin əksəriyyət dövlət məmurlarının övladları olduqlarından xaricə təhsil məqsədi ile getməkdən daha çox, əyləncəyə görə gedirlər. Yaxın günlərdə Gənclər Təşkilatları İttifaqının yaranıb yaranmayacağı xəbərlər məlum olacağı ehtimal olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti