Gənc jurnalistə görə təhqiqat başlandı

23-11-2012, 02:01
Oxunub: 1614


Müxalifətin 17 noyabr mitinqində peşə fəaliyyətini yetirən zaman fiziki təzyiqə məruz qalan "Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun şikayəti üzrə Daxili İşlər Nazirliyi (DİN) təhqiqata başlayıb. Bu barədə musavat.com-a jurnalist özü məlumat verib. O bildirib ki, DİN-in əməkdaşı polis-polkovniki Asif Qubadov jurnalistin şikayəti üzrə nazir Ramil Usubovun göstərişi ilə təhqiqatın başlanıldığını bildirib. F.İlqaroğlu deyib ki, aparılan təhqiqatla bağlı bu gün Daxili İşlər Nazirliyinə çağırılıb. Qeyd edək ki, mitinq zamanı döyülən vaxt Fərahim İlqaroğlunun əynində üzərinə "Press” yazılmış gödəkcə olub. Jurnalist nəfəsliyindən zərbə aldığına görə ciddi sıxıntı keçirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti