Məzunlar rayonda imtahan verəcəklər

23-11-2012, 01:43
Oxunub: 2951


Bu tədris ilindən orta məktəblərin məzunları üçün buraxılış imtahanları ölkənin bütün regionlarında keçiriləcək. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bölgələrdə keçirilən imtahanların coğrafiyası genişləndiriləcək: "Bu il TQDK-nın regional bölmələri olan bütün bölgələrdə - yeni regional bölmələrin yaradıldığı Ağcabədi, Şirvan və Göycayda da qəbul imtahanları keçiriləcək. Buraxılış imtahanları isə ümumiyyətlə, ölkənin bütün bölgələrində aparılacaq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti