Qafqaz Universitetində “Gənc liderlər” layihəsi həyata keçiriləcək

23-11-2012, 01:13
Oxunub: 1619


Etatist.com AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə gənclər təşkilatı noyabrın 26-dan 30-dək Qafqaz Universitetində I kurs tələbələri üçün "Gənc liderlər” layihəsini həyata keçirəcəkdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə reallaşacaq layihənin məqsədi gənclərin ictimai-siyasi sahədə fəallığını artırmaqdır.
ATGTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində iştirakçılar üçün müxtəlif mövzularda təlimlər və təqdimatlar keçiriləcəkdir. Eyni zamanda, gəncləri maraqlandıran mövzularda diskussiyalar da təşkil olunacaqdır. Fərqlənən tələbə gənclər daha sonra ADPU tələbə gənclər təşkilatının fəaliyyətinə cəlb olunacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti