Əli: “özüm raplə məşğul olsamda, repə çox qulaq asmıram"

26-11-2012, 06:03
Oxunub: 1436
"Tanrım məni bağışla"nın sözləri ümumiyyətləmənə aid deyildi və o track əslində yayıımlanmaq üçün nəzərdə tutulmamışdı. Sadəcəolaraq bir səhvin nəticəsində sosial şəbəkədə aktiv olan birisinin əlinə düşdü.


Onlar isdedadlıdır. Özlərinin fikirləri, özlərinin yaradıcılıqları var. Bəzilərinə görə onlar adət-ənənədən kənara çıxır, bəziləri üçün onlar anarxistdir, bizim üçün isə onlar yalnız gəncdir.

 

Bu günki müsahibimiz gənc repçi KorYOLÇU kimi tanınam Əli Əliyevdir.

 8 yaşlarımdan bu musiqi məni özünə bağlayıb.

Bir çox janrlar var məsələn rock, pop amma sən repi seçmisən. Bunun səbəbi nədir?

Rap mənə həmişə daha cəlb edici gəlib. Hardasa 8 yaşlarımdan bu musiqi məni özünə bağlayıb. Həmdə digər janrlardan fərqli olaraq rap səs tələb etmir və bunda üstünlüyüm daha çox olub.

Mövzuları seçərkən ən çox nəyə üstünlük verirsən?

Məni cəlb edən şeylərə. Yəni, ətrafımda olan şeylər. Məsələn bu ətrafımda olan insanların həyatı, hansısa filmdə xoşuma gələn bir səhnə, hansısa kitabda oxuduğum və məni cəlb edən bir sətir olarsa onu da götürüb işləyə bilərəm çünki rap buna qadağa qoymur.

 

Sadəcə olaraq bir səhvin nəticəsində...

Sənin "Tanrım məni bağışla" adlı bir rapin var. Bəs bu mövzunu necə seçmisən?

"Tanrım məni bağışla"nın sözləri ümumiyyətlə mənə aid deyildi və o track əslində yayıımlanmaq üçün nəzərdə tutulmamışdı. Sadəcə olaraq bir səhvin nəticəsində sosial şəbəkədə aktiv olan birisinin əlinə düşdü. Heç mən onu tanımırdımda, bəlkə də eşidərsiz Kefli İskəndər. O, insan tracki məndən xəbərsiz yayımladı sonrada silmədi. Və indidə artıq heç yerdə aktiv deyil. İndi özümdə silmək istəyirəm o tracki və burdan hər kəsə müraciət edirəm ki, kimsə mənə kömək üçün girib onu silə bilərsə sevinərəm.

Bəs o zaman niyə oxudun?

Bilirsiz bu onunla əlaqədardır ki, məsələn mən çörək bişirirəmsə həmişə bir çörəyi bişirmirəm, başqa şeylər də yerləşdirirəm. Onda da bunu elədim amma belə alınacağını bilmirdim. Və yenə də təkrar edirəm ki, bu track yayımlanmaq üçün nəzərdə tutulmamışdı.

 

Aqşin Yeniseyin "Yalqızların yatağı" şeirini replə sintez etmişik.

Əvvəl başqa stildə rap deyirdin. Məsələn repertuarında ən çox yer tutan mövzular pessimist mövzular idi. Bəs indi nəyə görə xətti dəyişmisən?

Bu ondan irəli gəlirdi ki, mən 12-13 il Sagopa Kajmeri dinləmişəm və mənim köhnə tracklərimə baxanlar da görə bilərki onlarda Türkiyə rapinə daha çox oxşarlıq var. Düzü bu əslində oxşarlıq deyil, birbaşa şüuraltı ilə bağlı olan bir şeydi və məhz buna görə də belə alınırdı. İndi artıq Sagopanı dinləmirəm, bu da ona görədi ki, standartdan kənara çıxmaq lazımdır və ayrıca məncə 13 il bəs edər. "Şam işığında" albomuna qədər, hətta sonuncu albomum olan "Müqəvva kimi"nin bəzi tracklərində də keçmişdən biraz nəsə qalıb. Amma "Müqəvva kimi"də yeni stillər də var yəni, ancaq bununla qalmır. Bir sözlə bu albomda fərqliliklər və yeniliklər çoxdur. Məsələn Aqşın Yeniseyin "Yalqızların yatağı" şeirini raplə sintez etmişik. Məsələn, bir dostum var musiqi ilə məşğul olmur, amma bir trackin nəqarətini o ifa edib və bunlardan əlavə bu albomun ikinci trackinin beati özümə aiddir.

 

Yeni albom üzərində işləyirəm...

Sən özündə şeir yazırsan. Nəyə görə hələ kitab çıxarmırsan? Ümumiyyətlə gələcək planlarında kitab çıxartmağı nəzərdə tutmusanmı?

Gələn ay yeni bir albomum işıq üzü görəcək, ondan sonra bir kitab fikirləşirəm. Bir nəşriyyat evi ilə danışmışıq. Yəgin ki, sərbəst vəzndə şeir kitabı olacaq.  Amma yenə də hələ dəqiq heçnə deyə bilmərəm.

Facebookda yeni proyektlər olduğunu yazmısan. Nədir bu proyektlər?

Yeni proyekt budur ki, bayaq da qeyd etdiyim kimi yeni albom üstündə işləyirəm və bu albomun musiqiləri, sözləri, şəkili, klipi bir sözlə hər şeyi orjinal olacaq. Gələn ayda bu albomun təqdimatıdır. Təqdimat üçün ağlımda bir konsert var və ad çəkməyəcəm, amma bu konsertdə mənə dəstək vermək üçün Türkiyədən üç dostum gəlib konsertdə iştirak edəcək. Onu da qeyd edim ki, onlarla mənim bir mahnım var o mahnıda bu konsertdə oxunacaq. Əslində mənim onlarla bir çox tracklərim var, sadəcə onlardan biri ən uzağı ikisi konsertdə olacaq.

Yeni albomunun digərlərindən fərqi nədədir?

Mən "Sonuncu ölən ümüdlərdir", "Şam işığında", "Müqəvva kimi"ni ona görə başlanğıc sayıb pulsuz buraxdım ki, onların heç birinə pul yatıra bilmirdim. Məsələn əksər mahnıların musiqiləri plagiyatdır və mən bunu qəbul edirəm. Xoşuma gələn bir musiqi görəndə, söz yazıb track şəklində buraxırdım. Amma bu artıq belə deyil, yəni məbləğ deməsəm də bu alboma çox miqdarda pulum çıxıb. Və mən bu alboma güvənirəm ona görə də satışa buraxacam. Konsertin biletləridə 15-20 günə satışda olacaq.

Bəs efirə çıxmağı düşünürsənmi? Yəni biz nəyə görə səni efirlərdə görmürük?

Mən raperlərin efirə çıxmasına qarşı deyiləm, amma özüm efirə çıxmaq istəmirəm. Yəni özümü orda görmək və tv-nin bir parçası olmaq istəmirəm. (gülür)

O, mənim həyatımın ən böyük səhvlərindən biri idi.

Azrepdən kimlərə qulaq aırsan?

Sözün düzü mən özüm raplə məşğul olsamda, repə çox qulaq asmıram. Daha çox klassik və bu tipli musiqilərə qulaq asıram. Azrepdən isə qulaq asdığım yox, daha çox dəstəklədiyimi deyə bilərəm. Məsələn Nifrəti deyə bilərəm, düzü hal-hazırda o replə məşğul olmur. Sonra Stop qrupunu deyə bilərəm. Ümumiyyətlə azrepdə dəstəklədiyim və repinə güvəndiyim insanlar çoxdur, onlar mənim yanımdadırlar və bizim birgə proyektlərimiz var. Yəni kimlərlə iş birliyim olubsa, onların hamısının replərinə güvənirəm və istedadlarından şüphə etmirəm.

Sənin Əzabla da, bir iş birliyin olmuşdu.

O, mənim həyatımın ən böyük səhvlərindən biri idi. (gülür) Belə deyək, o insan mənə müraciət etdi və mənimlə feat etmək istədiyini bildirdi. Məndə pul qarşılığında bu təklifi qəbul etdim.  Lakin şərt qoydum ki, mən sənin sənətini bəyənməsəm bizdə alınmayacaq. O da razılaşdı və pulunu verdi amma işlərim o qədər üst-üstə düşdü ki, mən onu yoxlamağa vaxt tapa bilmədim. Eyni gündə görüşüb studiyaya getdik, bu tracki yazdıq elə orda gördümki çox zəifdi. Mən buna baxmayaraq bu tracki yayımladım, dedim eybi yoxdu. Amma sonra o insan mənim adımdan şayələr yaymağa başladı. Məsələn dediki KorYolçu mənimlə çox yaxındı, qardaş kimiyik, feati pulsuz edib, İzmir səfərinə məni də özü ilə aparıb. Ancaq, bunların hamısı yalan idi. Mən bunların yalan olduğunu bildirəndən sonra sağ olsunlar paylaşılan bütün səhifələrdən götürdülər, youtube-da disslike edərək silinməsinə şərait yaratdılar. Mən də o mahnını yeni versiyada, yəni ancaq öz oxuduğum hissə olan variantda yayımladım. Adı da "Axı hanı o?".

Bəs gələcəkdə başqa kimlərlə iş birliyi etmək planın var?

ZiqZaqla var və qeyd edimki hal hazırda üstündə işləyirik. Sonra DonVion, Rüzgar, İstehza və mən, dördümüzün bir proyekti var və bu track üçün klip çəkiləcəyi ehtimalı da var amma dəqiq bilinmir.

Bəs "Bizə yol ver 2"  trackinə səni niyə dəvət etməyiblər?

Dəqiq deyə bilmərəm ən düzünü özləri bilərlər. Amma məncə o trackdə 8 nəfər olmalı idi və kimlərin olacağı da artıq öncədən məlum idi, yəni mənim fikrimcə belədir.

 

Sadəcə bir yerdə məskunlaşmağı sevmirəm...

Planlaşdırılan yeni albomunda neçə track olacaq?

Yeni albomda 10 track nəzərdə tutulub və artıq hazırdı. Amma ekstremal vəziyyətdə 3-ü də əlavə oluna bilər.

Bu albomu hansı studiyada işləyirsən?

Synaps-da işləyirəm. Klipdə orda çəkiləcək və beatlər, mix, mastering də onundur. Yalnız bir trackin beati Fausundur. Əgər istəsəm, ola bilərki Türkiyədə işlədiyim featlərdə alboma daxil olsun elə ona görə də dedimki 3 track daha əlavə oluna bilər.

İstəyirsənmi?

Düzü indi yox, istəmirəm. Amma əgər desələrki mütləq olsun onda olacaq. Yəni, dinləyicilərdən soruşacam facebookda.

Bəs yeni albomu niyə Stop Records-da işləmədin?

Biz müvəqqəti bir qrup yaratmışdıq Kera ilə və onunla birgə albom çıxarmışdıq "Sonuncu ölən ümüdlərdir" adında. Məsələn biz onu Sərdar Gözəlovun studiyasında işləmişdik. "Şam işığında" albomunu klipi, fotosessoyaları qarışıq bütünlüklə Temp Studio-da işlədim. "Müqəvva kimi"nin hamısını Stop Records-da işləmişəm. İndi bu albomu isə Snaps-də işləyirəm. Sadəcə bir yerdə məskunlaşmağı sevmirəm və hər bir səs rejissorunun əl işi fərqli olur.

Maraqlı cavabların üçün sənə təşəkkür edirik və sənə gələcək işlərində uğurlar arzulayırıq.

Çox sağ olun. Məndə sizi Etatist.com-un fəaliyyətə başlaması münasibəti ilə təbrik edirəm. Sizə uğurlar arzulayıram və gənclərə göstərdiyiniz yardımlara görə, öz növbəmdə sizə təşəkkür edirəm.

 

Əli: “özüm raplə məşğul olsamda, repə çox qulaq asmıram"
Əli: “özüm raplə məşğul olsamda, repə çox qulaq asmıram"
Əli: “özüm raplə məşğul olsamda, repə çox qulaq asmıram"

 

 

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti