Nərmin Cəfərova

10-12-2012, 15:27
Oxunub: 2656


Hansısa bir ünvana, bəlkədə öz istədiyim kimi yaratdığım kiçicik bir dünyama yetişməkçün yolum üstündə dayanan bir körpü. Elə bir körpü ki, məni burdan alıb uzaqlara aparacaq... Öz dünyama qovuşmaqçün dərdlərimi çiynimə alan bir yolçu kimi bu körpüylə hərəkət edirəm. Günəş istisindən çıxan ilğım yolumun sonunu göstərməsədə mən yoluma davam edirəm.
Körpü boyu dəmir dirəklərdən elektrik naqilləri asılmışdır. Sanki balaca dostlar kimi əl-ələ tutmuş bu naqillər bir-birlərilə körpü yaradaraq dünyanı nurlandırırlar. Onlardan biri qopsa, öz dostunun əlini buraxsa dünyanın möhtac olduğu bu nurdan məhrum edəcək. Və bir-birlərilə körpünü pozmayan bu naqillər gücün birlikdə olduğunu bir daha sübut edirlər.

  

Göyün üzünə baxdıqda hərəkət edən qaranquşlara gözüm sataşdı. Öz vətənindən yol alan bu quşlar sanki hərəsi bir dərdlə, nədənsə qurtulmağa çalışaraq tərk edirlər buranı. Arxa sıradakiləri çox fikirli, məyus gördüm və qarşıda uçanlar, bir dostun dosta təsəllisi kimi, yardımı kimi yolu aydınladır, körpü düzəldirlər.
İrəlilədikcə qulağıma sanki bir səs toxunmağa başladı. Diqqətlə ətrafa baxdım və gördüklərim bunlar idi. Şikəst bir gənc...üzü qibləyə oturaraq namaz qılırdı. Əllərini göyə uzadaraq Allaha dua edir, dəfələrlə halına şükr etdiyini dilə gətirirdi. Tək dostu, anlayanı onu görərək ona sığınırdı, onla danışırdı, körpü yaradırdı.
Birdən qara buludlar aldı başımın üstünü. Bayaqdan istisindən bezdiyim o günəşi sanki əlimdən alıb qarşıma keçirdilər bir bir. Bundan sonra olanları bilə-bilə addımlarım böyüsədə qorxduğum o şimşəkdən qaça bilmirəm. Buludlarında necə toqquşduğunu, onlarında o şimşəyi, körpünü necə yaratdıqlarının şahidi oldum. Və.. bir anlıq şübhə, qorxu gəldiki, ya bu körpü qırılsa necə olar? Dəniz sularına qərq olub, balıqlara yem olsam necə olar? Ama mən bundanda qorxmuram. Çünki, ən azından dərin sularda üzməyi bacarıram. Bir qayıqçınında ordan keçəcəyini ümid etmirəm, üzərək qurtulacağıma inanıram. Ama bunlar bir anlıq qorxu idi. Mən öz körpümlə davam edirəm. Gecə düşür..Ay qaralmağa doğru gedən səmada görünməyə başlayır. Ətrafına öz balaları kimi ulduzları toplayaraq sanki lay-lay çalır. Üzündə qəmginlik görünsədə ulduzlarla təsəlli tapmağa çalışır. Özünü onlarsız, özü də olmadan ulduzların indiki kimi parlamayacağını bilir. Və aralarındakı o körpünü dağıtmır.

  

Və nəhayət uzun yolçuluqdan sonra öz dünyama yetişidim. Yola çıxmamışdan qabaq öz dünyamda rahatlıq tapacağımı düşünürdüm. Ama o körpü..oradakı körpülər..hər şeydən gözəl...pak...və ibrətamiz idi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti