“Dövlətçilik hökümətə pərəstiş yox, qanuna pərəstiş etməkdir”

10-12-2012, 11:14
Oxunub: 1593


Dekabr ayının 9-da Far Centerdə Milli Fikir Mərkəzi "etatizm nədir?” mövzusunda seminar keçirmişdir. Seminarda çıxış edən Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə Azərbaycanın ağır dönəmlər yaşadığını, dövlətin təhlükədə olduğunu bildirmişdir: " Dünyada iki min millət var, ancaq yalnız onda biri dövlətə sahibdir. Biz bəxtinə dövlət qismət olmuş millətlərdənik. Bugün Azərbaycan dövlətinin ideologiyasının olmaması səbəbindən böhran yaşanmaqdadır və bu böhran get gedə dərinləşəcəkdədir. Dini məzhəblər, bu gün iqtisadi şəbəkələr qurub, dövlətin içində dövlət halına gəliblər, dövlətin güc strukturlarının adı hər gün ölkə mətbuatında qalmaqallarda hallanmaqdadır. Bu isə bizim təhlükəsizliyimizin, müdafiəmizin, doğru şəkildə qurulmadığının göstərici kimi qiymətləndirilməlidir. Regionda gedən proseslər, Azərbaycana çox ciddi təsir edəcək 1918-ci necə qarşımızda qızışdırılan etnik separatizm var idisə bugündə var, necə dini məzhəb qarşıdurması yaradılırdısa bugündə yaradılmaqdadı. Bugün Qətər kimi balaca bir dövlətin belə Azərbaycanda dəstəklədiyi, maliyyələşdirdiyi qruplar, dövlətə real təhlükə halına gəlib. Bürokratik biznes dövlətin nüfuzuna çox ciddi zərbə vurmaqdadır, bu proses dayandırılmasa dövlətin aqibəti sual altında olacaq.”

“Dövlətçilik hökümətə pərəstiş yox, qanuna pərəstiş etməkdir”

 Azərbaycanda dövlət ideologiyasız olduğunun nə kimi təhlükələr yol açacağınından danışan MFM sədri, bu ağır durumdan yeganə çıxış yolunun Azərbaycan gəncliyinin ortaya qoya biləcəyini bildirdi.

"Azərbaycan 60% gənclik, özünün güc mərkəzini yaratmalıdır. İstər sağçı, istər solçu, liberal, dindar demədən bütün gəncliyin tək birləşə biləcəyi mərkəz ideya Azərbaycanın dövlətçiliyidir. Amma bunuda ayırd etmək lazımdır ki, Dövlətçilik hökümətə yox, qanuna pərəstiş etməkdir” deyə bildirən Şəhriyar Məcidzadə, MFM-in bundan sonra ki fəaliyyətində daha sistemli şəkildə işləyəcəyini bildirdi.

“Dövlətçilik hökümətə pərəstiş yox, qanuna pərəstiş etməkdir”

 Daha sonra MFM sədri, seminar iştirakçılarının suallarını cavanlandırdı. 

Xatırladaq ki, MFM may ayının 6-dan fəaliyyət göstərməkdədir.

“Dövlətçilik hökümətə pərəstiş yox, qanuna pərəstiş etməkdir”

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti