“Dalğaya gələnlərin əksəriyyəti öz çevrələrindən yorulub gəliblər”

5-12-2012, 11:50
Oxunub: 2083
"Amerikada da bizim kimi insanlar olub hansı ki, hüquqlarını müdafiə ediblər və beləcə istəklərinə nail olublar. Biz belə oturub gözləyə bilmərik axı ki vaxt keçsin və tələsməyək. Bu absurddur və nəsə bir fəaliyyət göstərmək lazımdır"


Bu bizim yeni layihəmizdir. Onunla danışdıq, redaksiyamıza dəvət elədik. Dediyi vaxtda gəldi, birinci söhbətimiz çox maraqlı alınsada diktofonun "günahından” söhbətimiz yazılmamışdı. Amma olsun biz yenindən eyni müsahibəni götürdük. "Gənclər” rubrikamızın bu gün ki, qonağı Dalğa Gənclər Hərəkatının sədri Saleh Mehdizadədir.


-Başdan başlayaq Dalğaya necə gəldiniz? Niyə məhz dalğa?

-Təqribən 11-ci sinifdə oxuduğum vaxtlar idi. Həyatımın ancaq dərsdən ibarət olmasından bezmişdim. Və nəsə yeni bir şey axtarırdım. Əslində Dalğa haqqında daha əvvəldən məlumatım var idi. Bilirdimki, iki təşkilat var. Yəni ikisini tanıyırdım, İrəli birdə Dalğa. Eyni vaxtda həm İrəliçiyə, həm də dalğaçıya yazdımki mən sizə üzv olmaq istəyirəm. İkisidə mənə eyni vaxtda görüş təyin etdilər. Səhərisi gün mən getdim dalğaçı ilə görüşdüm və getdim Dalğaya üzv oldum. 3 ildiki Dalğanın üzvüyəm və indidə sədr seçilmişəm, marta qədərdə sədr olacam.


-Dalğa haqqında hardan məlumat almışdın?

-Dalğa haqqında irəliçi qohumlarımdan məlumat əldə etmişdim. Onlarda pisləyirdilər. Deyirdilər ki, tərbiyəsizdilər, əxlaqsızdılar, ana-bacının nə olduğunu bilmirlər.


-Yəqin özündə mühafizəkar idin..

Hə məndə önyarğılı idim. O, vaxt mən 7-ci ya 8-ci sinifdə oxuyurdum. Deyirdim belə şey olmaz, bizim ölkəmiz belə hara gedir, dəyərlərimiz əlimizdən alınır. O vaxt məndə belə fikirləşirdim. Amma vaxt keçdikcə dəyişdim.


-Nə idi səni dəyişdirən?

-Bilmirəm, oxudum yəqin ona görə. 5-ci sinifdə kitab oxumağa başladım. Sonra uzaqlaşdım və birdə 10-cu sinifdən yenə başladım. Bizə məktəbdə biologiya dərsində Darvinizm keçirdilər, o da mənə ciddi təsir göstərmişdi. Düzü ona qədər haqqında eşitmişdim, amma qəbul etmirdim çünki informasiyam yox idi. Amma onu da oxuyub öryənəndən sonra mənim fikirlərimdə bir çevriliş oldu. Həmdə həmin vaxtlar mən keçid dövründə idim bəlkədə biraz bununla da əlaqəlidir. Bundan sonra mən dəyişməyə başladım. Köhnə fikirlərimdən uzaqlaşdım.


 

 -Dalğaya ilk gəldiyin gün yadındadır?

 

-Hə. Dalğada film nümayiş etdirirdilər. Film 18+ idi və orda filmə bizimlə birgə, qızlarda baxırdı. Mən isə biraz sıxılırdım. Və başa düşürdümki, hələ tam hazır deyiləm. Çünki görmədiyim şeylər var idi burda. Film bitəndən sonra çıxıb getdim. Həmdə o vaxt mən ali məktəbə girməyə hazırlaşırdım ona görə də vaxt itirmək istəmirdim. Universitetə qəbul olunandan sonra gəldim və ilk 10 gündə Rövşən Nəcəfovla tanış oldum, onunla maraqlı dialoqum oldu. Həmin gündən etibarən aktiv fealiyyət göstərirəm.


-Yəqinki sənin ailəndə mühafizakar ailə olub. Onlar sənin qərarını necə qiymətləndirdilər?

-Ümumiyyətlə birinci xəbərləri olmadı heçnədən, yəni bilmədilər hara gedib hardan gəlirəm. Amma bir gün, Dalğanı Rəsulzadənin şəkili olan köynəklərə görə ofisdən çıxarırdılar. O, vaxt ofisin əşyalarını qoymağa yer yox idi. Məndə evə zəng elədim dedimki, dostlarımı ofisdən çıxarırlar əşyalarını qoymağa yer yoxdu, evə qoya bilərik? Anam dedi qoya bilərsiz. Ofisin əşyalarını gətirəndə dalğaçılarda gəldi. Evdəkilərlə söhbət etdilər. Elə onda ailəm bildiki mən dalğanın üzvüyəm. Bizim uşaqlar elə yaxşı danışdılarki Anamın xoşuna gəldi bu. Yəni ağıl, savad, xaricdə təhsil, xarici dil bilmək.. Bir ara deyirdi ki, doğrudanda yaxşı işlərlə məşğul olursunuz. Çünki Dalğanın müxalifyönlü təşkilat olduğunu bilmirdilər. Amma biləndən sonra artıq evdə davalar oldu. Mənə deyirdi Dalğadan uzaqlaş, öz işinlə məşğul ol, dərslərinə diqqət elə. Amma bir neçə dəfə Ramin gəldi, getdi bizə və biz Raminlə ailəvi tanış olduq. Ondan sonra artıq belə şeylər, davalar filan olmadı. Və mən görürəmki ailəmdə dəyişiklik olub, avvəlki kimi mühafizəkar deyillər. Ona görəki məndən əllərini üzüblər, anlayırlarki məni ayaqlarına bağlaya bilməyəcəklər. (gülür)


-Bildiyimə görə sən məktəbdə yaxşı oxumusan. O zamankı yaşıdlarınla ünsiyyətin necə idi? Uyğunlaşa bilirdinmi?

Hə, uyğunlaşa bilirdim. Məndə bir xasiyyət varki ilk dəfə getdiyim çevrəyə ilk vaxtlar uyğunlaşmıram özüm. Amma sonra uyğunlaşıram və həmin çevrədə söz sahibi adamlardan birinə çevrilirəm. Amma məncə bu biraz mənfi xüsusiyyətdir. Çünki, bir şeyə uyğunlaşıram və o oluram. Hansiki mən ona məcburiyyətdən uyğunlaşmışam. Bəzən olurki sıxılıram və çıxıb gedirəm ordan. Amma bir çevrəyə uyğunlaşmaqla bağlı problemim yoxdu. Hətta məhləmizin təsbeh fırladan ciddi oğlanlarının yanında da sözüm keçir.(gülür)

 

“Dalğaya gələnlərin əksəriyyəti öz çevrələrindən yorulub gəliblər”

 -Mənə elə gəlib ki, əslinə qalsa dalğada olan gənclərin əksəriyyəti "böyük olan yerdə kiçik danışmaz” fikrindən bezənlərdi bunun üçündə cəmiyyətdə dəyərlərə qarşı çıxırlar. Bu bir növ isbatlanmaq istəyidi?

 


Dalğaya gələnlərin əksəriyyəti öz çevrələrindən yorulub gəliblər. Öz ailələrindən bezib gəlirlər. Çünki həmin insanlara özlərini ifadə etmək imkanı verilmir. Onlar da biraz kütlədən fərqli düşündüklərinə görə axtarış içində olurlar. Və axtarış zamanı ilk qarşılarına çıxan Dalğa olur. Çünki burdaki çevrə tamam fərqlidi və burda özlərini daha rahat hiss edə bilərlər. Dalğaya gələn insanlar sırf cəmiyyətin basqısına görə gəlirlər. Dalğaya gələndən sonra artıq onlar cəmiyyətə basqı göstərir və onları dəyişməyə çalışırlar. Və belə yavaş yavaş hərəsi öz ətrafını dəyişdirir. Elələri olur ki, mənim kimi onlara da maraqlı olmurki onların keçmiş çevrəsi dəyişdi ya yox, amma elələri də var ki bunda maraqlıdırlar.


-Sən necə dalğada özünü ifadə edə bildinmi?

-Hə ifadə elədim.


-Nə qazandın?

-Mən birinci dəfə Dalğaya gələndə, çevrə dəyişikliyi etdim və əvvəlkindən daha intellektual bir çevrəyə düşdüm. Mən, əvvəlki çevrəmdə dahi olduğumu düşünürdüm amma bura gələndən sonra anladımki məndən ağıllı çox insan var. Bu da rəqabəti artırdı və məni daha da təkmilləşdirdi.

 

“Dalğaya gələnlərin əksəriyyəti öz çevrələrindən yorulub gəliblər”

 -Dalğaya cəmiyyətdə baxış birmənalı deyil, buna baxmayaraq təzyiqi artırmaqdasınız. Bu yaxınlarda Dalğanın demokratiya məktəbində LGBT-nin hüquqlarının qorunması ilə bağlı keçirdiyiniz tədbir cəmiyyətdə birmənalı qarşılanmadı, hətda Qafqaz Müsəlmanları İdarəsidə buna qarşı çıxdı. Yəni hələdə acıqlısınız cəmiyyətə ona görə belə edirsiniz, yoxsa cinsi azlıqların hüquqlarını qorumaqda həqiqətən səmimisiniz?

 

-Biz əslində cəmiyyətəı acıqlı deyilik və heç kimlə düşmən deyilik. Sadəcə siz dediyiniz kimi problemləri gündəmə gətiririk. Problemlər elədirki təxirə salınmazdır. Biri var dəyərlərin dəyişdirilməsi üçün pilləli addım atasan bu dəyərdi başa düşmək olar, biri də var sırf insan hüquqlarıdır bunu dərhal həll etmək lazımdır. Çünki sən hansısa insana deyə bilməzsənki bizim cəmiyyət hazır deyil səni qəbul etməyə biraz gözlə sonra sənin hüquqlarını müdafiə edərik. Bu mümkün deyil. Radikal dindarlar buna etiraz etdilər və bu onlara görə düzgündür. Həqiqətəndə onlara görə biz dinsizik. Mühafizəkarlara, görə isə biz əxlaqsızıq. Amma baxır sən bu məsələyə hansı tərəfdən yanaşırsan. Bizim irəli sürdüyümüz ideyalar, dəyərlər ümümbəşəri dəyərlərdir. Bizim istəyimiz gündəmdə qalmaq və insanlar arasında çox olub onların problemlərini gündəmə gətirməkdir.O. insanlar öz yolunu tapan insanları bu cəmiyyətdən uzaqlaşdırmağa çalışaraq, onun getdiyi yolun səhv özlərininkinin isə haqq yolu olduğunu deyərək əslində öz dinlərini alçaldrlar. Çünki öz məqsədləri üçün dindən istifadə edirlər. Bu əsl inanclı işi deyil. Onlar əsl inanclı deyillər.


-Məncə Dalğa bu təpkini gözləyirdi bunu edəndə.

-Gözləməyinə gözləyirdik amma bu səviyyədə yox. Qafqaz Müsəlmanları İdarəsindən açıqlama gəldiyini eşidəndə mən dəli olmuşdum. Yəni belə şey olar? Bu məsələyə Qafqaz Müsəlmanları İdarəsi açıqlama versin. Amma mən sərt reaksiya gözləyirdim.


-Mənə elə gəlirki Dalğanın bu addımında cəmiyyətdə gündəmdə qalmaq, müzakirə olunmaq məqsədi var. Ən azından mən belə düşünürəm. Çünki ABŞ kimi bir ölkənin belə yeniliklərindən ötrü tarixi bir sürəç keçdiyi halda, Azərbaycanda Dalğanın qoyduğu baxış bucağı biraz tələsik deyilmi?

-Düşünürəm ki, Amerikada da bizim kimi insanlar olub hansı ki, hüquqlarını müdafiə ediblər və beləcə istəklərinə nail olublar. Biz belə oturub gözləyə bilmərik axı ki vaxt keçsin və tələsməyək. Bu absurddur və nəsə bir fəaliyyət göstərmək lazımdır. Müzakirə məsələsinə qalanda isə hə, yəni bizim müzakirə olunmaq istəyimiz var idi. Çünki bir mövzunu qabardanda insanların düşüncəsinə deyirsən belə bir şeydə var. Bu ölkə elə bir ölkədirki, əgər mübarizə aparmaq istəyirsənsə gündəmdə qalmalısan.Burda qaydalar yoxdur, hər an əzilə bilərsən.

 

“Dalğaya gələnlərin əksəriyyəti öz çevrələrindən yorulub gəliblər”

 -Başqa gənclər təşkilatları ilə əlaqələriniz hansı səviyyədə idi?

 

-Başqa təşkilatlarla əalaqələrimizi yaxşı qurmağa çalışırıq. Amma ideoloji baxımdan iqtidar yönlü təşkilatlarla bizim əlaqələrimiz alınmır. Biz bir yerdə lahiyə işləyə bilərik, tədbir keçirə bilərik amma bu əməkdaşlıq lahiyə və tədbir çərçivəsindən kənara çıxmayacaq heç vaxt. Amma digər müxalif yönlü təşkilatlarla bizim münasibətlərimiz yüksək səviyyədədi.


-Dalğanın ideoloji xətti nədir?

-Liberazilm. Liberalizm 4 ideologiyadan biridir. Biz liberalizmi seçmişik. Çünki liberalizm fərdə və azadlığa daha çox xitab edən ideologiyadır. Liberalizmin təməlində totalitarizm yoxdur ona görədə liberal cəmiyyətdə digər ideologiyalar yaşamaq haqqına sahib olur.


-Dalğada dindar varmı?

-Bəli var. Və hətta bir ara elə vəziyyət yaranmışdi ki, Dalğada hamı dindar idi.


-Liberal dindarlıq?

-Bəli, liberal dindarlıq. Mənim mövqeyim belədir ki, mən dindar insanın tam olaraq liberal olacağına inanclı olacağına inanmıram. Amma bu mənim öz fikrimdir başqası inanırsa heçnə deyə bilmərəm. Dalğaya 1 il bundan qabaq yeni axın oldu, yeni bir nəsil gəldi və bu nəsil dindar idi. Amma bu bizə problem yaratmırdı. Bəzən olurdu ki, gərgin müzakirələr aparırdıq. Amma vaxt keçdi hər şey yenə balanslaşdı.


-Gündəmi necə izləyirsən hansı qəzeti oxuyursan?

-Heç birini indi oxumuram. Bir ara "Müsavat” oxuyurdum indi oxumuram, çünki depresiyaya düşürdüm az qala.


-Bu gün siyasətin gündəmində olan hansı partiyanın rəhbəri sənə daha inandırıcı gəlir

-İnandırıcı deyəndə , mənim onlardan birinə simpatiyam var. Sadəcə məndə ona qarşı simpatiya var. O, İsa Qəmbərdir. Və nə vaxtsa seçkilərdə İlham Əliyevlə, İsa Qəmbər arasından birini seçməli olsam mən İsa Qəmbərə səs verəcəm.

Amma bunuda qeyd edim ki, ilk simpatiya duyduğum adam Etibar Məmmədov olub. 1998-ci ildəki çıxışları çıxışları mənim xoşuma gəlirdi. O,”r” hərfini deyə bilmirdi və mən ona görə onu bəyənirdim. 2003-cü ildə İsa Qəmbər idi. Ondada heçnə başa düşmürdüm, çünki 5-ci sinifdə oxuyurdum sadəcə hadisələr mənə təsir edirdi.


-Bəs partiyaların fəaliyyətini necə qiymətləndirirsən, nələrinsə dəyişəcəyinə inanırsan?

-Yox inanmıram. Nə vaxtsa onların nəyisə dəyişəcəyinə və dəyişməyə qadir olduqlarına inanmıram. Amma bu o demək deyil ki, onları uzaqlaşdırmaq lazımdır. Azərbaycanın indi Türkmənistan vəya Qazaxstan olmamasının səbəbi o partiyalardı.


-2013-cü ildə Dalğa kimi dəstəkliyəcək? Bu ümumiyyətlə müzakirə olunubmu?

-Heç kəsi dəstəkləməyəcəyik. Mən heç 2013-cü il prezident seçkilərində nəyinsə dəyişəcəyinə inanmıram. Belə də heç bir namizədi dəstəkləməyəcəyik.


-Dalğanın həmtəssisçisi Ramin Hacılıdır. Münasibətləriniz necədi??

-Mənim onunla münasibətim yaxşıdı çünki biz dostuq. Həm fərdi həmdə ailəvi dostuq. O ki qaldı mənim ona siyasətçi kimi münasibətim, mən onu dəstəkləyirəm və inanıramki o nəisə dəyişdirə bilər.


-Yəni Lider kimi qəbul edirsən?

-Bəli qəbul edirəm.


-Bəs liderlə dost olmaq necədir, alınır?

-Şəxsi keyfiyyətlərindən asılıdır. Əgər lider öz liderlik həvəsi ilə birgə yaşayırsa təbiiki alınmaz. Amma lider insana dost kimi davrananda, insanın yanında olanda lider olur. Mənim Raminlə şəxsi münasibətlərimdə liderlik və seçici münasibəti olmur.

2018-ci ildə əgər o prezidentliyə namizədliyini versə, mən onu dəstəkləyəcəm.


-Dalğa yaxın prespektivdə nə gözləyir?

-Sırf daxili məsələmiz odur ki, bizim bir neçə aydan sonra seçkilərimiz olacaq və mən ikinci dəfə sədr seçilə bilmərəm.

 

“Dalğaya gələnlərin əksəriyyəti öz çevrələrindən yorulub gəliblər”

 -Niyə?

 

-Çünki mən təhsilimi davam etdirmək istəyirəm. Və Dalğanın işləri ilə bunu qarışdırmaq istəmirəm. İndi elə dövrdür ki, insanlar daha fəaldırlar. Bu aylar bitəndən sonra yeni il gəlir, biraz tətilə meyil istirahət. Bizim fəaliyyətimiz yəqinki biraz yavaşlayacaq. Mən özüm seçki propaqandası eliyəcəmki yeni namizədlər ortaya çıxsın. Ağlımda bir neçə nəfər var. Dalğada hər sədr, öz dövründə yeni bir sədr, yəni özündən sonra gələcək birini hazırlayır. Biz növbəti hakimiyyəti dəyişməyə hazırlaşırıq.


-Son olaraq nə demək istəyirsən?

-Son olaraq xalqa demək istəyirəmki, pis dövrdə yaşayırıq, passiv olmaq olmaz fəal olmaq lazımdır. Baş verən prosseslərə məsuliyyətli yanaşmaq lazımdır.

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti