Kamran Həsənli

14-08-2012, 13:07
Oxunub: 2423
Nədən Etatist?


Bizdən bir haqqımız alınıb. Bu dövlətin idarəsində, qanunlarının qəbulunda iştirak etmək. Biz bu ölkənin 60 %-iyik amma sənətdə, ədəbiyyatda, idarəetmədə, parlamentdə yoxuq. Öz ölkəmizdə kölgə kimi var olsaq da, gerçəkdən qəbul olunmuruq.

  Öncədən deyim bizi parçalayıblar, bunun fərqindəyəm. Güya bu ölkədə həqiqətən gerçək mühafizəkar və ya liberal var ? Bu ölkədə normal təhsil, normal müzakirə şəraiti olmasa heç bir ideoloji kəsim yoxdur və olacağını da düşünmürəm. İndi bizi iki qütbə bölüblər: müxalifət və iqtidar. Eyni təhsili, eyni dövrü yaşamış iki qütb. Halbuki biz hardasa müstəqil Azərbaycanla həmyaşıdıq. Bunun üçün də Azərbaycanın marağında olmalıyıq. Hər cürə geriçi, hər cürə gərəksiz düşüncələrdən qorunmalı, buna qarşı mübarizə aparmalıyıq. Etatizm (Dövlətçilik) bütün gəncliyimizin ortaq məqsədidi. Hər nə olursa olsun dövlət bizim dövlətimizdir. Ordan-burdan ”hakimiyyətin adamlarıdı” deyən gənclərə bəri başdan düşüncə məhdudiyyətinə görə yazığım gəlir. Bir şeyi bilmək lazımdır. Bu ölkə bizim hamımızındır və biz, gənclik bu ölkənin 60%-iyik. Onun qanunlarının yazılmasında, idarə edilməsində, siyasətində və sənətində söz sahibi olmalıyıq.

Biz aylardı Milli Fikir Mərkəzində (MFM) müstəqil mediamızın, gəncliyin tribunasının olması üçün mübarizə aparırdıq və bu bizim hədəfimiz idi. Bu gün buna nail olduq. Biz bundan sonra gənclərin baxışlarından asılı olmayaraq hər kəsə tribuna verəcəyimizi bəyan edirik və sözümüzün arxasındayıq. Biz ölkəmizdəki bütün gənclərin birləşməsini və hamımızın birinin haqqını qorumaq üçün səfərbərliyə çağırırıq. Bu baxımdan sonuna qədər fəaliyyətimizi bunun üzərində quracağıq.
 Artıq Azərbaycanın özü ilə həmyaşıd gəncliyi onun bütövlüyü və qanunlarının tam olaraq tətbiq edilməsi üçün mübarizəyə başlayır. Bizi dəstəkləyən və dəstəkləməyən ziyalılar da olacaq, qarşımızda duranlar da. Qarşımızda duranlar Stalinist təfəkkürdə olan, Brejnevdən qalma düşüncəylə bizə qarşı olacaqlar. Amma hamısı bir yerdə, hamımız bir yerde olana qədər biz işləyəcəyik. Müzakirələr açılmalıdır, açılacaq da. Ölkəyə yeni düşüncə gəlməlidir! Yeni ideya, yeni şüar!  Məncə qocalan şüarlarımızı bir az yorğunluqlarını alması üçün rahat buraxmaq gərəkdir. 
"Etatist” olaraq, biz bu gündən hər gün sizinlə görüşəcəyik. Hər gün çalışacağıq ki, siz doğru və dürüst xəbət alasınız. Hər gün çalışacağıq ki, bütün gəncliyimiz bir olsun. Bütün ölkəmizin dərdini hamılıqla və birlikdə paylaşaraq, dövlət maraqlarımızı qorumağa başlayaq. Bu gün bizə bu lazımdır. Ən azı dünyada artan problemlərə görə.
Ama bir şeydə deyim, Azərbaycan gənclərindi!
Şərhlər : 3 Şərh yaz
Gozel 24 noyabr 2012 14:19  
Salam.Yazida dovletcilik barede olan dusuncem dolgun ifade olunubdur,bu baximdan yuksek deyerlendirirem.Biz gencler Vetenin,dovletin geleceyiyik,odur ki hansisa cebhelerde parcalanaraq dusman kesilmeli deyil,bir amalla yumruq tek birlesmeliyik!!
Seradar 25 noyabr 2012 19:57  
Cox Gozel yazidi.Tebrik edirem Uqurlar arzu edirem
yaqut 27 noyabr 2012 08:44  
Inşallah gənclər qələbə çalar.

Birliyiniz mükəmməl və möhkəm olsun GƏNCLİK!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti