"Dalğa"dan “Yeni Müsavat” və “Azadlıq”a dəstək

27-11-2012, 02:47
Oxunub: 1020
Müstəqil medianın olmadığı cəmiyyətdə insanların söz və fikir azadlığı məhdudlaşır. Bu halda isə qeyri sivil metodlar və aqresiya formalaşır.


Dalğa GH-dan Etatist.com`a göndərilmiş çağırışda deyilir:

Son dövrlər çap mediasına, xüsusən də "Yeni Müsavat” və "Azadlıq” qəzetlərinə qarşı diskriminasiya siyasəti həyata keçirilir. Qəzetlərin satışına törədilən əngəllər adi hala çevrilib. Azərbaycanın bölgələrində bu problem illərdir mövcud idi. Lakin Bakı şəhərində yeni köşklərin qurulmasından sonra oxucuların qəzetləri rahat şəkildə əldə etməsi daha da çətinləşib. Müstəqil reklam bazarının olmadığı bir ölkədə bu halın baş verməsi çap mediasının işini daha da çətinləşdirməkdədir.
Bütün bunlara öz etirazını bildirən Dalğa Gənclər Hərəkatı bu vəziyyətin aradan qalxması üçün hökümətin təxirəsalınmaz addımlar atmasını tələb edir.
Müstəqil medianın olmadığı cəmiyyətdə insanların söz və fikir azadlığı məhdudlaşır. Bu halda isə qeyri sivil metodlar və aqresiya formalaşır. Biz azad və demokratik cəmiyyət qurulması istiqamətində fəaliyyət göstərən qurum olaraq bu tendensiyanın aradan qalxması üçün müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırırıq. Üzvlərimiz tərəfindən adı çəkilən qəzetlərin satışına dəstək vermək, müxtəlif flaşmoblar etmək, beləliklə də problemi daha da qabartmaq üçün müxtəlif planlar hazırlanır.
Dalğa Gənclər Hərəkatı olaraq vətəndaşlarımızı bu istiqamətdə bizə dəstək olmağa və azad mətbuatın qorunması istiqamətində aktivlik göstərməyə səsləyirik.


Hörmətlə,

Dalğa Gənclər Hərəkatının
Mətbuat xidməti

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti