Ümid gəncləri prezident seçkilərinə hazırlaşır

8-01-2013, 17:02
Oxunub: 1417


Qarşıladığımız 2013-cü il prezident seçkiləri ilidir. Seçkilərə hazırlıqla bağlı Ümid Partiyası sədrinin Gənclər üzrə müavini Ruslan İzzətli Etatist.com-a göndərdiyi müraciətdə Ümid Partiyasının gənclərinin də seçkilərə hazırlaşdığını qeyd edib.

 

- Bu il bütün partiyalar, siyasi təşkilatlar seçkiyə hazırlaşır. Ümid Partiyası da prezident seçkilərinə çox ciddi hazırlıq görür. Bu seçkidə gənclərimizin önəmli yeri var. Bizim məqsədimiz gənclərimizi siyasi proseslərə, seçki ilinə daha aktiv şəkildə cəlb etməkdir.

Gənclərin siyasi prosesə gəlməsi ilə Azərbaycan siyasətinə yeni bir demokratiya günəşi doğacaq. Gənclərin siyasətdən uzaq olması bizi idarə edənlərə, hakimiyyətə sərf edir. Çünki yeni fikir, intellektual qüvvələr prosesdən kənarda qalanda proses zəifləyir.Bizim 2013-cü il ilə bağlı böyük planlarımız var. Bu il İqbal Ağazadə ilə gənclərin görüşünü planlaşdırırıq. Xüsusilə də regionlarda yaşayan gənclərlə görüşlər nəzərdə tutmuşuq. Bildiyiniz kimi partiyamızın regionlar üzrə şöbələrində gənclər üzrə müavinliklər yaradılıb. Seçki prosesində Gənclərin olması bizim üçün çox önəmlidir. Çünki gənclərin iştirakı təbliğatı daha keyfiyyətli və güclü edəcək. Ümid Partiyası gəncliyə böyük önəm verir.

 

Çalışırıq ki, regionda gənc liderlərimizin sayı artsın, gənclər söz sahibi olsunlar. Bu gün region şöbələrimizdə özünü yetişdirən, yüksək təhsilli, xarici ölkələrdə təhsil almış kifayət qədər gəncimiz. Onlar Ümid sıralarında, onun region şöbələrində lider olaraq fəaliyyət göstərirlər. Seçki ilində siyasi təşkilat olaraq bizim hədəfimiz başqanımız İqbal Ağazadəni gənclərin lideri olaraq təqdim etməkdir. Çünki Ümid gənc qüvvədir. Biz ənənəvi müxalifətdən fərqlənirik. Bununla yanaşı hakimiyyətin taktikasından da kənar partiyayıq. Üçüncü qüvvə olaraq biz gəncləri prosesə daha çox cəlb etmək niyyətindəyik.

 

İqbal Ağazadənin ətrafında gənclərin olduğunu göstərəcəyik. Mən mətbuatda açıqalamamda demişdim ki, biz gələcək hakimiyyətimiz üçün gənc kadrlar yetişdiririk. Həqiqətən də İqbal Ağazadə gənclərin lideridir sözü əməldə görünəcək. Bunun üçün də Bakıda və regionlarda fəaliyyət göstəririk. Gənclər təşkilatımız bu yöndə beynəlxalq təşkilatlarla və diplomatik korpuslarla sıx əlaqələr qurur. Ümid gəncliyinin Azərbaycan siyasətində xüsusi yeri olacaq.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti