“Çöhrəqanlı Bakıya gəlməlidir”

26-11-2012, 06:50
Oxunub: 1181


Ümid Partiyası Gənclər Təşkilatı Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlının Azərbaycan buraxılmasın tələb edir.

Ümid Partiyası sədrin gənclərlə iş üzrə müavini Ruslan İzzətli bu barədə açıqlama verib. Onun sözlərinə görə Azərbaycan prezidenti İlham Əliyev vəzifə səlahiyyətlərinin imkan verdiyi çərçivədə bütün soydaşlarımıza sahiblik sözunə əməl etməlidir. "Azərbaycan hökuməti öz soydaşlarına sahib cixmalidir. Tələb edirəm ki, Çöhrəqanlı Azərbaycana gəlsin və onun təhlükəsizliyi yüksək səviyyədə təmin edilsin. Çünki, prezidentimiz çıxışlarından birində Azərbaycan dövlətinin dünyada yaşayan bütün azərbaycanlılların vətəni olduğunu bildirmişdi. Biz bunu əsas gətirərək bildiririk ki, dünya ölkələrinə yayılmış azərbaycalıların hüquqlarını mütamadi olaraq müdafiə etmiş bir şəxsin Bakıya dəvət edilməsi çox vacibdir”. R. İzzətli belə deyir.

Ruslan İzzətli həmçinin bu addımın Azərbaycanın dünya ölkələrində fəaliyyət göstərən diaspora təşkilatlarına da təkan verəcəyini bildirib.

"Azərbaycan hökuməti bu addımı atmaqla dünya ölkələrində yaşayan bütün azərbaycanlılara və diaspora təşkilatlarımıza sahib çıxdığımızı nümunəvi şəkildə bütün dünyaya nümayiş etdirməlidir. Bu həm də Azərbaycan dövlətçiliyini və onun maraqlarını beynəlxalq arenada möhkəmləndirmək üçün çox mühüm məsələdir”.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti