Ümid GT həbs olunan gənci müdafiə etdi

26-11-2012, 06:39
Oxunub: 1276
Ümid GT hakimiyyəti Dəyanət Babayevi azadlığa buraxmağa və gənc fəallara qarşıtəzyiqlərə son qoymağa çağırır.


Bu barədə Ümid GT-dan Etatist.com-a məlumat verilib.
Ümid Partiyasının Gənclər Təşkilatı hesab edir ki, Dəyanət Babayevə qarşı cinayət işi siyasi fəaliyyəti və aksiyalarda, eləcə də sosial şəbəkələrdə görsətdiyi fəallığa görə açılıb. Azərbaycan hakimiyyəti siyasi fəalları müxtəlif üsullarla həbs edir.
Son dövrlər hakimiyyət aksiyalarda fəallıq göstərən gənclərə qarşı repressiyanı gücləndirib. Azərbaycan iqtidarı bu üsullarla fəal gənclərin gözünü qorxutmaq, onların mübarizə əzmini zəiflətməyə çalışır.

Ümid Partiyasının gəncləri, hakimiyyətin bu cür davarnışlarını gənclərin mübarizə ruhun zəiflətmək istəyi kimi qiymətləndirsə də hesab edirlər ki, gənclər bu represiya siyasətinə qarşə birləşəcək.
Ümid GT hakimiyyəti Dəyanət Babayevi azadlığa buraxmağa və gənc fəallara qarşı təzyiqlərə son qoymağa çağırır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti