Bu gün Dəyanət Babayevin məhkəməsidir

26-11-2012, 03:46
Oxunub: 963
Məhkəmənin vaxtının hələ bilinmədiyini deyən Ə. Qurbanlı saat beşin yarısında Nəsimi rayon məhkəməsinin qarşısında olacaqlarını dedi.


Xuliqanlıq ittihamı ilə həbs edilən müxalifətçi gənc Dəyanat Babayevə görə sosial şəbəkələrdə onlayn kampaniya aparılır.
Əbülfəz Qurbanlı: "Mübarizə olan yerdə sifarişli həbslər də olacaq”
Babayev noyabrın 24-də şübhəli şəxs qismində "xuliqanlığa” görə saxlanılıb.
DİN-in mətbuat xidməti yerli mediaya bildirib ki, onun saxlanılma səbəbi noyabrın 7-də axşam Musa Rəhimov və Elvin Baycanla birgə Nizami küçəsində Tofiq Səlimov adlı bir vətəndaşı təhqir etməsi və ona yüngül bədən xəsarətləri yetirməsi olub.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı D. Babayevin həbsini siyasi həbs adlandırıb.
Məhkəmənin vaxtının hələ bilinmədiyini deyən Ə. Qurbanlı saat beşin yarısında Nəsimi rayon məhkəməsinin qarşısında olacaqlarını dedi.
"Dəyanət Babayevin buraxılma ehtimalı çox azdır. Amma biz yenə də xarici təşkilatlara və səfirliklərə müraciət etmişik. Aydındır ki, Azərbaycan məhkəmələri sifarişlə qərarlar verirlər, ona görə də dəqiq proqnoz verə bilmərik.”
Dəyanət Babayevin həbsinə görə mitinqlərin artma ehtimalının olduğunu deyən Əbülfəz Qurbanlı onu da qeyd etdi ki, mübarizə olan yerdə sifarişli həbslər də olacaq. "Bu bizim fəaliyyət planlarımızı dəyişməyəcək. D. Babayevə də aydındır ki, mübarizə olan yerdə sifarişli həbslər də olacaq.”
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti