Müdafiə naziri cəbhədə

7-11-2013, 16:59
Oxunub: 10562
Müdafiə naziri cəbhədə
Müdafiə naziri cəbhədə
Müdafiə naziri cəbhədə
Müdafiə naziri cəbhədə
Müdafiə naziri cəbhədə
Müdafiə naziri cəbhədə
Müdafiə naziri cəbhədə

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhə bölgəsinə səfər ediblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq xarakteri daşıyır.
 
Səfər çərçivəsində generallar döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkib, mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşüblər. Fərqlənən bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub.
 
Təmas xəttində olan bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təminatı, silah və sursatla təchizatının vəziyyəti öyrənilib.
 
Komandir heyətinin məruzə və təklifləri dinlənilib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verilib.
Şərhlər : 3 Şərh yaz
Abdullayev Məhəmməd 7 noyabr 2013 18:13  
Hömətli Müdafiə Naziri Zakir Həsənovun Bacarıqlı , qabiliyyətli, savadlı nazir olduğuna inanırıq. Ümid edirik ki, Azərbaycan Ordusunda kök salmış neqativ halların qısa müddətdə aradan qldırılaraq Ordumuzun döyüş hazırlığının möhkəmləndirilməsinin öhdəsindən cənab nazir ləyaqətlə gələcəkdir. Ona bu çətin , gərgin olan işlərində müvəffəqiyyətlər arzu edirəm.
Ehmedov Tahir 8 noyabr 2013 22:37  
Vezifeli sexslerin ve memurlarin balalari ne vaxt azerbaycana xitmet etmeye laig olacaglar? ganun hami ucun olmalidi ZAKIR bey. kasibin balasi robot deyil o da insandi bele getse cetin biz garabagi alarig Butun Azerbaycan xalqinan siz muraciyet eleyirem butun herbi hisselere gedesiz ordaki acinacaqli halarla yaxinan tanis olsasiz nazirlikden kim hansi herbi hiseye gedirse o herbi hisenin yemeyi suber veriler nedi ki nazir gelir hal budur ki nazir geden kimi yene biyabirciliq olur bele halara cidi mesqul olmaginizi xais ediric cenab nazir
nihat hebibov 10 noyabr 2013 20:07  
hormetli Zakir bey Azerbaycan ordusunun en kriminal korpuslarindan biri Semkir korpusu en kriminal herbi hisselerinden biri hemin korpusun 172 sayli herbi hissesidir.Bu herbi hissenin komandirini ancaq oz cibi maraqlandirir rutbeden vurulmasina baxmayaraq oz emellerinden el cekmir.Eyer maraqlansaniz onun islediyi 5 il erzinde neler elde etdiyini bilersiniz.Onun bu emelleri bezi zabitlere de sirayet edib.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti