Qədim şəhərlər

14-12-2012, 09:25
Oxunub: 2896


Bir vaxtlar əhəmiyyətli mədəniyyətlərin mərkəzi olan bu şəhərlər, əsrlər əvvəl tərk edilmiş olsalar da zaman keçdikcə təbiət şərtləri səbəbiylə zərər görsələr də, hələ də məşhurluğunu qoruyurlar.

Pompey - İtaliya : 24 Avqust 79 tarixində Vezüv yanardağının partlaması nəticəsində tamamilə yox olan bu antik Roma şəhərinə hər il 2.5 milyondan çox turist axın edir. Böyük partlayışda baş verən kül və lava qarışığı insanların və əşyalarının üzərini bir örtü kimi örtmüş və oksigenlə əlaqəsini kəsmişdi. Buna görə qalıqlar indiyə qədər yox olmamış və Köhnə Roma şəhərləri mövzusunda yeni məlumatlara çatılmasını təmin etmişdir.

Akrotiri: - E.ə 1500-cü illərdə vulkan partlaması nəticəsində yox olduğu sanılan Minoan sivilizasiyasının qalıqları Santorini adasında tapıldı. Bu qədim sivilizasiyanın yazısı hələ həll edilə bilmiş deyil. Atlantis əfsanəsinin də bu sivilizasiyanın yox olmasından meydana gəldiyi zənn edilir.

Çiçen İtza: - Meksikanın Yucatan yarımadasında olan bu şəhər e.ə. 500 və 900-cu illər arasında Maya sivilizasiyasının ən əhəmiyyətli məskunlaşma mərkəzi olmuşdur. Dünyanın ən görkəmli piramidalarından biri Əl Castillo (Qala) Meksikanın ən çox ziyarət edilən strukturlarından biridir.

Anqkor - Kamboca: Bir zamanlar böyük Xmer imperiyasının paytaxtı olan bu şəhər, Kambocanın tropik meşələrinin içində yerləşir. Dünyanın ən böyük məbədi olan və şəhərə adını verən "Anqkor Vat", ölkənin ən çox turist gələn bölgəsidir.

Petra - İordaniya: İordaniyanın Lut gölü ilə Aqaba körfəzi arasındakı ərazidə yerləşir. Aqaba körfəzi isə Qırmızı dənizin ekoloji baxımdan ən təmiz zonasıdır.

Machu Picchu - Peru: And dağlarının qollarından birinin zirvəsində, 2.360 metr yüksəklikdə, Urubamba vadisinin üzərində qurulmuş qədim şəhər, dünyanın ən əsrarəngiz yerlərindən biridir.

Truva (Troy) - Qazıntılar nəticəsində meydana çıxmış qədim şəhərin divarları Qədim yunan dilində Troya (Τροία Troia) və ya İlion (Ίλιον), Latınca Troia vəya İlium. Homer tərəfindən yazıldığı bilinən iki mənzum dastandan biri olan İlyadada adı çəkilən Troya döyüşünün baş verdiyi qədim yer olub. Bugünkü qədim İda Dağının (Kaz Dağı) ətəklərində Çanaqqala hüdudları daxilində yerləşməkdədir. 
Məşhur Troya müharibələri Türkiyənin qərbindəki Truva bölgəsində gərçəkləşmişdir. Truvada hal hazırda da taxtadan düzəldilmiş Troya Atının heykəli vardır.

Kartaca - Antik dövrdə Romanın rəqibi Finikiyalıların baş məbədi idi. Aralıq dənizinin ən gözəl şəhərlərindən biriydi. E.ə 146 ilində Romalılar tərəfindən yıxıldı. Təkrar ayağa qalxan şəhəri bir dəfə daha 698 ilində Ərəblər yerləbir etdi.

Babil - Nebukadnezarın tikdirdiyi deyilən asma bağçaları dünyanın yeddi möcüzəsindən biriydi. IXX əsrdə Şimal Sarayının və surların qalıqları tapıldı. Son dəfə ABŞ-ın İraqı işğalı vaxtı yağmalandı.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti